Tarixi

Tarix və Arxeologiya departamentinin əsası 1993-cü ilin iyununda Xəzər Universitetində Hümanitar və Sosial elmlər fakültəsi ilə birgə qoyulmuşdur. Departament Xəzər Universitetində geniş akademik və tədqiqat maraqları ilə əsas hissə təşkil edir. Departament professor Roza Arazova tərəfindən yönəldilir. Departament 2007-ci ildən “Tarix və Arxeologiya departamenti” adlanır. 2010-cu ildə Təhsil fakültəsində və Tarix və Arxeologiya departamentində yeni – Tarix və coğrafiya, 2013-cü ildən Tarix müəllimliyi ixtisası açılmışdır. Təcrübə (interna) proqramın əsas hissəsinə daxildir və tələbələrə “Dünya məktəbi”ndə və digər məktəblərdə praktika və interna keçmək üçün şərait yaradılır.