Virtual Təcrübə Firması

Azərbaycan Respublikası Sosial Müdafiənin İnkişafı Layihəsi

Sosial Müdafiənin İnkişafı Layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənir və Dünya Bankı tərəfindən maliyyələşdirilir.  Layihənin ümumi ideyasına əsasən Təcrübə Firmasının mərkəzi ofisi  Xəzər Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmışdır. Xəzər Universitetinin nəzdində yerləşən mərkəzi ofis İqtisadiyyat və Menecment departamenti tərəfindən idarə olunur. Təcrübə Firması gənc məzunlara və ya yuxarı kurs tələbələrinə interaktiv təlimin yaxşılaşdırılması və  biznes bacarıqlarınının əldə edilməsi və inkişaf etdirilməsi sahəsində  yardım göstərir. Təcrübə Firmasının bütün konsepsiyası tələbələri gündəlik iş həyatı və əmək bazarının reallığı ilə tanış etməkdir.

Layihənin Avropa tərəfdaşı dünyanın 42 ölkəsindən 7.500-dən çox təcrübə firmasının birgə şəbəkəsi olan “EUROPEN-PEN INTERNATIONAL”- dır. Pen International heyəti Rumıniya, Bolqarıstan, Sloveniya, Çexiya, Xorvatiya, Litva və Argentina kimi ölkələrdə təcrübə firmalarının yaradılmasında geniş təcrübəyə malikdirlər. 


Dr. Ceyhun Məmmədov

İqtisadiyyat və Menecment departamentinin müdiri