Tarixi


Riyaziyyat Departamenti 1993-cü il, oktyabrın 1-də yaradılmışdır. Departament riyaziyyat və tətbiqi riyaziyyat sahələrində Magistr və Fəlsəfə Doktoru dərəcələri üçün proqramlar təklif edir. Öz riyazi maraqlarından digər sahələrdə faydalanmaq istəyən tələbələr bir sıra birgədepartament proqramlərından istifadə edə bilərlər. Departament Xəzər Universitetinin Diferensial və İnteqral hesabının başlanğıcı, ali diferensial və inteqral hesabı, Diferensial tənliklər, Xətti Cəbr, əməliyyatlar tədqiqi, ümumi statistika, həmçinin Biostatistika və biznes statistikası, İqtisadçlar və Biznes üçün riyaziyyat və s. fənlərin tədris olunduğu bütün məktəblərində fəaliyyət göstərir.

2009-cu ildən başlayaraq Riyaziyyat Departamenti Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üçün bakalavr proqramları təklif edir. Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə təklif olunan bakalavr proqramı Riyaziyyat və Kompyuter elmləri Departamentlərinin müştərək proqramıdır.