Əsas səhifə

İqtisadiyyat və menecment departamenti biznesin və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən müasir çevik bakalavr, maqistr və PhD proqramlarıni təklif edir. Proqramlar inkişaf və karyera baxımından tələbə və mütəxəssislərin irəli sürdüyü tələbləri tam ödəyir, inkişaf üçün  gərək olan dərin və geniş biliklər bazasını yaradırlar. Departamentin məqsədi tələbələrə bu günün rəqabətli qlobal biznes mühitində çoxşaxəli bizneslərin səmərəli idarə edilməsi üçün tələb olunan dərin biliklər vermək və qərarların qəbul edilməsinin müasir texnologiyaları ilə tanış etməkdir.   

Departament əməkdaşlıq proqramlar çərçivəsində Avropa və ABŞ-ın bir sıra uyğun aparıcı fakültələri ilə sıx əlaqələr qurmuşdur. Əməkdaşlıq proqramları departamentin əksəriyyət müəllimlərinə xaricdə ixtisasını artırmasına və treyninqlərdə iştirak etməsinə imkan verir. Aparıcı xarici universitetlərin nümayəndələri ixtisas və fənn proqramların müzakirə və dəyərləndirilməsi, müəllimlər üçün treyninqlərin keçirilməsində iştirak edirlər.

Departament altı bölmədən ibarətdir: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznes, Menecment, Marketinq və Magistr proqramları. Hər bir bölmə uyğun proqramların hazırlanması üzrə məsul qurumdur.

Əməkdaşların araşdırma maraqları iqtisadi analiz və inkişaf,  korporativ idarəetmə, qərarların qəbul ediməsi, maliyyə və bank işi, menecment, beynəlxalq ticarət və biznes, regional iqtisadiyyatı, iqtisadiyyat və biznes təhsili sahələrini əhatə edirlər. 

 

Missiyası

Xəzər Universiteti, İqtisadiyyat və Menecment Departamenti üç əsas iqtisadi sahə: iqtisadiyyat, iqtisadiyyat və menecment və nəhayət biznesin idarə edilməsi üzrə tələbələri tədris etməklə yanaşı, tələbələrə öz məqsədlərinə uğurla nail olmaları üçün şərait yaradır. Departament bütünlüklə hər üç sahəyə uyğun olaraq müasir iqtisadi sistemdəki yeniliklərin öyrənilməsi və bunun tələbələrə aşılanması prinsipi ilə qurulub. Eyni zamanda hər bir ixtisas tələbələrinə iqtisadi məlumatların toplanması və analiz olunması üçün əlverişli imkan yaradılır ki, bu da həmçinin tələbələrin şəxsi intellektual inkişafına çox dəyərli şans deməkdir.


Ceyhun Məmmədov

İqtisadiyyat və Menecment Departameninin müdiri