Departamentlər

İngilis dili və Ədəbiyyatı departamenti

İngilis dili və Ədəbiyyatı departamenti 1992-ci ildə yaradılmışdır. Hal-hazırda Xəzər Universitetində ən böyük departamentdir. Departamentdə Azərbaycandan və xarici ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər çalışır.

Departamentin vəzifəsi:

İngilis dili və Ədəbiyyatı Departamentinin əsas vəzifəsi İngilis dilini dərindən öyrənməyi və onu cəmiyyətin bugünki tələblərinə əsasən tətbiq etməyi tələbələrə təlqin etməkdir. Departament tələbələrə İngilis dilinin tədrisi, Dilşünaslıq, tərcümə və Ədəbiyyatşünaslı sahələri üzrə təməl və əsaslə biliklər verir. Departament Xəzər Universitetində bütün fakültələrdə fəaliyyət göstərir. Departamentin proqramları tələbələrə İngilis dilində yüksək səviyyəyə qədər dili biliklərini inkişaf etdirməyə kömək edir. Departament bakalavr və magistr dərəcələri üçün proqramlar təmin edir. Bakalavr səviyyəsində tələbələr İngilis dili və ədəbiyyatını əsaslı öyrənməklə yanaşı ingilisdilli ölkələrin mədəniyyəti haqqında da geniş məlumat alırlar. Tələbələr İngilis dili və ədəbiyyatı, tərcümə, İngilis dili müəllimliyi ixtisasları üzrə praktik və nəzəri biliklərə malik olurlar.  Bu biliklər onları yüksək səviyyəli İngilis dili tələb olunan gələcək akademik tədris və iş imkanlarına hazırlayır.  Departament nəzəri biliklərlə yanaşı tələbələrə geniş təcrübə imkanları da yaradır. Bakalavr dərəcəsini bitirmiş tələbələr əmək bazarında dil bacarıqlarının üstünlüyünə görə seçilirlər.Magistr dərəcəsi Tərcümə, Ümimi və tətbiqi dilçilik və Ədəbiyyatşünaslıq kimi sahələri əhatə edir. Burada magistrlara tədris olunan fənlər İngilis dilinin yüksək səviyyəsindədir. Bundan əlavə tələbələr tədqiqatın ilkin mərhələləri, tədqiqat işinin yazırlması, akademik yazı bacarıqları kimi biliklərə yiyələnir və öz sahələri üzrə mütəxəssis  kimi təhsil alırlar. Magist dərəcəsini bitirmiş tələbələr respublikanın qabaqcıl ali təhsil müəssisələrində əmək fəaliyyətinə başlayırlar.Son bir ildə Departamentin nəzdində German dilləri üzrə PhD pilləsində tədris aparılır. Burada tələbələr German dilləri üzrə mütəxəssis kimi yetişirlər. Bundan əlavə hər bir tələbyə elmi işin yazılması üçün xarici ölkələrdən cəlb olunmuş mütəxəssislər rəhbərlik edirlər. PhD pilləsini başa vuran tələbələr öndə gedən ali məktəblərdə və xarici ölkələrdə ixtisaslarına uyğun işlə təmin olunmaqda çətinliklə üzləşmirlər.




Tarix və Arxeologiya departamenti

Tarixin öyrənilməsi bir çox suallara söykənir ki, bəşəriyyətin yaradılması, cəmiyyətin inkişaf etməsi, keçmişimiz, bu günümüz, mədəniyyətimiz öyrənilməsi ilə təhsilin inkişaf etdirilməsidir. Tarix və Arxeologiya departamenti də yüksək təhsil standartlarını təmin edir. Departamentin məqsədi tələbələri insanların yaranması və inkişafı haqqında biliklə təmin etmək, onların bacarığını inkişaf etdirmək, tədqiqatlara rəhbərlik edib və onları analiz etmək və əsas nəticəni göstərməkdir. Departamentin əsas məqsədi tələbələrdə tədqiqat işlərinin inkişaf və analiz etdirilməsi və tarixi üsullarlardan istifadə etməklə dəqiq nəticə əldə edilməsidir.Bizim əsas missiyalarımızdan biri də bəşəriyyətin keçmişi haqqında biliklərin qorunması və inkişaf etdirilməsidir. 2010-cu ildə Təhsil fakultəsi və Tarix və Arxeologiya departamentində yeni – Tarix və coğrafiya ixtisası açıldı. Təcrübə (interna) proqramın əsas hissəsinə daxildir və tələbələrə “Dünya məktəbi”ndə və digər məktəblərdə praktika və interna keçmək üçün şərait yaradılır. Departamentin müəllim-professor heyəti də tələbələrə tarix elmini yüksək dərəcədə mənimsəməsinə kömək edir.Bu məqsədi yerinə yetirmək üçün bütün fənnlər üzrə müzakirələr aparırıq və tələbələrə proqramı izah edirik.Departament dünya sivilizasiyaları tarixinin esas fənnini təqdim edir və bu kursa qədim və orta əsrlər tarixi, Asiya, Afrika, Amerika mədəniyyəti tarixi və həmçinin arxeologiya, etnologiya, antropologiya fənnləri daxildir və burada nisbətən tarixi problemlər də müzakirə olunur. Universitetin tələblərinə uyğun olaraq departament Azərbaycanın Milli tarixi-mədəniyyəti və inkişafı ilə bağlı fənnlər təşkil edir. Departament fənnin tədrisi zamanı vizual vasitələrdən, tarixi xəritələrdən, video materiallardan və digər vasitələrdən istifadə edir. Departamentin xüsusi kitabxanası qiymətli tarixi materiallarla zəngindir. Tədris prosesi zamanı departament tələbələrin marağını qoruyur, onları kreativ və müstəqil işlərə cəlb edir. Tələbələr müxtəlif presentasiyalar hazırlayır, esselər yazır və departament tərəfindən aparılan elmi seminarlarda və konfranslarda aktiv iştirak edir. Departamentin həmçinin, dövlət arxivi ilə, müxtəlif institutlar ilə və tarix muzeyləri güclü əlaqəsi var. Universitetin tələbələri isə ən çox Azərbaycanın müxtəlif bölgələrində olan tarixi yerləri gəzməyi çox sevirlər.



Fəlsəfə və Sosiologiya departamenti

Departament müxtəlif humanitar və sosial elm sahələrinin tədrisi və tədqiqini nəzərdə tutan çoxfənnli (multidissiplinar) akademik vahid kimi 1992-ci ildə yaradılmışdır. Hal-hazırda departamentin əsas akademik sahələri və tədqiqat fəaliyyətləri üç istiqamətdə qruplaşdırılır:


  • Fəlsəfə (buraya aşağıdakı fənnlər daxildir: fəlsəfə tarixi, din fəlsəfəsi, siyasət fəlsəfəsi, fəlsəfə və ədəbiyyat münasibətləri, fəlsəfə və linqvistika)
  • Digər sosial və humanitar elm sahələri (sənətlərin və mədəniyyətin öyrənilməsi, sosial və kultural antropologiya)

Departament tərəfindən universitetin bütün fakültərində ümumtəhsil tələblərə müvafiq olaraq fakültativ proqramlar formasında müxtəlif kurslar təklif və tədris edilir. Departamentin Humanitar və sosial elmlər, İqtisadiyyat və menecment, Təhsil və Mühəndislik fakültələrinə təklif etdiyi fənnlərə bakalavr və magistr proqramları üçün tələb olunan ixtisas, ixtisasa yaxın və ixtisasla az əlaqəli kurslar daxildir. Departamentin fakültələrində ailmlərin əsaslı təcrübi təlimləri və müxtəlif tədqiqat maraqları təşkil edilir. Bütün fakültə üzvləri öz sahələrinə uyğun güclü akademik savada malikdirlər və geniş nəşr edilirlər. Xarici ölkələrdən dəvət edilmiş tanınmış professorlar universitetin fakültələrində müqavilə əsasında işləyirlər. Departamentin bakalavr, magistr və Ph.D. dərəcələri üzrə fənnlərarası ixtisas proqramları mövcuddur. 



Psixologiya departamenti

Psixologiya departamenti 2010-cu ildə yaranıb. Proqram psixologiyanın nəzəriyyəsini və praktikasını birləşdirir və bu sahədə uğurlu karyera qurmaq üçün zəruri olan fərdi və qrup psixoloji məsləhət texnikalarını öyrədir. Bu insan inkişafı, anormal davranış və idrak psixologiyası, uşaq psixologiyası, statistikanın başlanğıcı, ümumi psixologiya, sosial psixologiya və neyropsixologiya kimi psixoloji mövzulara yönəlmişdir. 

Karyera perspektivləri: 

Proqramın məzunlarının insan münasibətləri və ünsiyyəti özündə birləşdirən hər hansı bir təşkilat və qurumlarda iş tapmaq imkanı var. Məzunlar onların təhsili ərzində əldə etdikləri bilik və bacarıqları tətbiq edə biləcəyi vəzifələr üzrə işə götürülür.



Jurnalistika departamenti

Jurnalistikanın departamentinin əsas məqsədi tələbələri ağıllı, məsuliyyətli və savadlı jurnalistlər kimi hazırlamaqdır. Departament ən yaxşı jurnalistika təhsilinin hərtərəfi təhsil vasitəsilə humanitar və dəqiq elmlərin peşəkar proqramda birləşdirilməsinə inanır. Departament inanır ki, belə təhsil tələbələrə insanların fərqli şəraitdə və ya keçmişlərindəki əhvalatlarını dinləməyə, anlamağa və danışmağa kömək edir.Departament Humanitar və sosial elmlər fakültəsinin tərkibində xüsusi mövqe tutur. Bu departamentin əsas vəzifəsi tələbələri uyğun karyera üçün hazırlamaqdır.Departament digər departamentlərdəki həmkarlarının elmi-tədqiqat, tədris və xidmətlərini qiymətləndirir. Bu, həm departamentin özünü, həm də onların bizim tələbələrimizə verdikləri pedaqoji dərinliyi dəyərləndirir.Biz bu fikrə sadiq qalırıq ki, bizim mütəxəssislərimizin dünyanı anlamaq üçün humanitar sahədə güclü elmi bilgiləri və onları çatdırmaq üçün güclü jurnalistika bilgiləri olmalıdır.Departament öz tələbələrini digər sahələri dərindən öyrənməyə və fakültənin digər departamentlərindən ikinci ixtisası tamamlamağa həvəsləndirir. Həmçinin, departament digər departamentlərdəki tələbələri onların təhsil və karyera imkanlarını artırmaq üçün ikinci ixtisas kimi jurnalistika təhsili almağa təşviq edir. Departament, eyni zamanda, onların yazı, müsahibə və araşdırma bacarıqlarını yaxşılaşdırmaq və ya KİV haqqında bilik əldə etmək üçün müraciət edən qeyri-ixtisas tələbələrinə də öz töhfəsini verir. 

Missiyası: 

Jurnalistika departamenti azad və müstəqil media və kommunikasiya mühiti yaratmağı nəzərdə tutur: 


  • tənqidi, sayıq və proflaktik;
  • milli;
  • səlahiyyətli və transformasiya olunan;
  • plüralist və hamı üçün;
  • cinsi düzgünlüyü, ekoloji ahənginin müdafiəsini, sosial ədaləti və sülhü təbliğ edən.

Departamenti aşağıdakı keyfiyyətlərlə səciyyələndirilən peşəkar jurnalistlər yetişdirməyi öz öhdəsinə götürür:

  • ali düşüncə qabiliyyətinin inkişafı üçün imkanlar;
  • sosial məsuliyyət;
  • incəsənət və mədəniyyətə həvəs;
  • dəyərli və parlaq mənəviyyat;
  • texnologiya və başqa resurslardan məsuliyyətli istifadə;
  • insan cəmiyyətinə, xüsusilə uşaq və qadınların hüquqlarına hörmət.

Departament milli və dünyəvi dəyərlər, elmi inkişaf, ictimai fəaliyyət və sosial məsuliyyət üzərində qurulan media və kommunikasiya proqramı təklif edərək, ölkənin aparıcı qurumunun formalaşmasını və Azərbaycanda media və kommunikasiya praktiklərinin təhsilini öz üzərinə götürür.

Gözləntiləri:

Jurnalistika departamenti tələbələri, məzunları, media və kommunikasiya praktiklərini belə görür:

  • yetkin, təcrübəli və yaradıcı;
  • son dərəcə məsuliyyətli;
  • səlahiyyətli və səlahiyyət verən;
  • sosial dəyişilməyə vurğun agentlər;
  • gender bərabərliyinin, ekoloji ahəngin, sosial ədalətin və sülhün dönməz müdafiəçiləri.

Ümumi məqsədləri:

Jurnalistika proqramının məqsədi media və kommunikasiyanın bu sahələrinin: yazı, istehsalat və tədqiqatın nəzəri və praktik aspektlərini öyrənən tələbənin öyrənməsini asanlaşdırmaqdır.

Xüsusi məqsədləri:

Xüsusi olaraq, jurnalistika proqramı öz tələbələrinin aşağıdakı qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır:

1. Yazı kursları vasitəsilə ustalıq və təfəkkür;

2. İstehsalat vasitəsilə texniki bacarıqlar və yaradıcılıq;

3. Elmi-tədqiqat işləri vasitəsilə nizam-intizam, təhqiqatçı bacarıqları və tənqidi mühakimə;

4. Öz peşəkar və şəxsi həyatlarında dərin sosial məsuliyyət, gender və uşaq həssaslığı, ətraf mühitə və təbiətə məhəbəbbət hissi. 




Dillər və Mədəniyyətlər departamenti

Dillər və mədəniyyətlər departamenti 2015-cil may ayının 1-də Şərq Dilləri və Dini Araşdırmalar departamenti və Müasir Dillər və Müqayisəli Ədəbiyyat departamentinin əsasında yaradılmışdır. Dillər və mədəniyyətlər departmenti dünya dilləri və mədəniyyətlərini öyrənmə imkanı yaradır. Department alman, fransız, ispan, italyan, rus və digər Qərb dilləri o cümlədən çin, koreya, türk, ərəb, fars, ivri və urdu kimi Şərq dillərinin tədrisini həyata keçirir. Department həmçinin Şərq və Qərbin qədim və müasir mədəniyyətlərinin tədris və tədqiqi ilə məşğul olur.

Departamentin əsas hədəfləri aşağıdakılardır:


  • Tələbələrin dörd dil bacarığını (danışıq,dinləmə,oxu, və yazı) təkminləşdirməklə müasir Şərq və Qərb dillərini mənimsəmə qabiliyyətini inkişaf etdirmək;

  • İnteqrativ təhsil, tənqidi yanaşma; həmçinin mədəniyyət, din və cəmiyyətlərin analitik araşdırılması vasitəsilə tələbələrin mədəni-tarixi bilikləri və dünyanın mədəni müxtəlifliklərini qavrama qabiliyyətini inkişaf etdimək;

  • Xarici dillərin tədrisində və mədəniyyətlərin araşdırılmasında yeni təşəbbüslərlə bağlı tədqiqatlar və müxtəlif proqramlar həyata keçirmək.





İncəsənət və musiqi departamenti

İncəsənət və musiqi departamenti ixtisasından asılı olmayaraq bütün universitet  tələbələri üçün incəsənət və musiqinin müxtəlif sahələri ilə məşğul olmağa imkan yaradır və bu fənlər universitetdə tələb olunan fənlər siyahısına alınacaq. Departamentin proqramı Azərbaycan və dünya musiqisinin mirasını və arxivlərini öyrənmək üçün mühit yaradır. Departament peşəkar və istedadlı qrafik rəssamlarının sərgilərini, xarici teatr və konsert qruplarının turlarını və hörmətli rəssamlarla görüşləri təşkil edir. Bu davamlı fəaliyyət Xəzər Universitetini Bakının ən zəngin mədəni mərkəzlərindən birinə çevirmişdir. Xəzərin mahnı və rəqs ansamblı  Avropa, Türkiyə, Qatar və Gürcüstanda çıxış edərək bir neçə müsabiqələrin qalibi olmuşdur. Xəzər Universitetinin ansamblı Qafqaz, rus, ispan, ərəb, ingilis, italyan, fars, türk, qaraçı və digər milətlərin mahnı və rəqslərini ifa edir. Departamentin  qaydalarına əməl olunması şərti ilə musiqi, rəqs, xor, xalça toxunması və yüksək ali dərəcələr əldə etmək üçün professional treyninq kurslar kimi müxtəlif fənlər təşkil edir. Həmçinin departament tərəfindən mütəmadi olaraq incəsənət tarixi, dünya incəsənəti və mədəniyyəti, Asiya və Avropa mədəniyyəti kimi ixtisaslaşmış fənlər də təklif olunmuşdur. Əlavə olaraq, bu departament Xəzər Universitetinin mədəniyyət sahəsinin inkişafında əsas rol oynayır.Bu səbəbdən də departament şəhərin (Bakı) mərkəzindəki məşhur “Dünya” konsert salonu daxil olmaqla, universitetin hər iki korpusunda iki konsert salonu yaradılmışdır. Təhsil və tədqiqatla yanaşı universitetin mədəni həyatını zənginləşdirmək məqsədi ilə digər təşkilatlarla əlaqələr yaradır, konsertlər və şoular təşkil edir və buraxılış mərasimləri və digər tədbirlərdə mühüm rol oynayır.Departamentin məqsədi xalça toxuma, musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir. Universitetin toplantı salonları eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin inkişafı və təbliğinə töhfə vermək üçün universitet və digər qrupların toplantıları, məşqləri və konsertləri üçün istifadə olunur. Departament tərəfindən təklif olunan fənlər Azərbaycanın fundamental estetik dəyərlərinin təbliğini həyata keçirir. Hər tələbə milli mədəniyyətimizi daha dərindən öyrənmək üçün arzuladıqları sahəni seçə bilərlər. Tələbələr Xəzər Universitetində təhsil aldıqları müddətdə musiqi, rəqs, teatr və digər qruplarda iştirak edə bilər və eyni zamanda muğam, xalq musiqisi, Azərbaycanın klassik musiqisi və səs, xor, xalçaçılıq, zərgərlik və milli kostyum dizaynı üzrə tanınmış mütəxəssislərdən dərslər alaraq akademik kredit əldə edə bilərlər. Musiqi və İncəsənət departamenti həmçinin Xalça muzeyi, Zərgərlik muzeyi və Milli geyimlər muzeyi daxil olmaqla bir neçə mərkəzlərin işinə nəzarət edir. 




Siyasi elmlər və Beynəlxalq münasibətlər departamenti



1995-ci ildən fəaliyyət göstərən Siyasi elm və beynəlxalq münasibətlər departamenti bakalavr, magistratura, və doktorantura pillələrində Politologiya, Beynəlxalq münasibətlər, və Regionşünaslıq ixtisasları üzrə təhsil proqramlarını təklif edir. Departamentin bakalvar pilləsi ixtisasları çox vektorlu və geniş ixtisas fənlərindən təşkil edilmişdir. Magistratura və doktorantura pillələri isə diqqətini daha çox Konfliktologiya, Siyasi nəzəriyyələr, Regionşünaslıq, Dövlət İdarəetmə (Avropa), Şərqşünaslıq - Yaxın və Orta Şərq, Uzaq Şərq – və Cənubi Qafqaz ölkələri kimi daha dar sahələrdə ixtisaslaşmağa yönəldir. Departamentin akademik heyəti əsasən xaricdə təhsil almış və Qərbin aparıcı elmi tədqiqat institutlarında fəaliyyət göstərən gənc müəllimlərdən təşkil edilmişdir. Departament mütəmadi olaraq müxtəlif mövzularda elmi tədbirlər, konfranslar, seminarlar, simulyasiya və praktik təlimlər təşkil edir.


Hüquq departamenti

Hüquq departamenti Universitetin aparıcı qurumlardan biridir. О, Хəzər Universitetinin əsası qоyulduğu gündən, 1991-ci il tariхində yaradılmışdır. Departamentin fərqləndirici хüsusiyyəti qismində müəllimlər tərəfindən tədris və tədqiqat sahəsində innоvasiyaların tətbiqini və tələbələrin tədris sahəsində göstərdiyi fəallığı göstərmək оlar. Tədris prоsesində azərbaycan və ingilis dillərindən istifadə оlunur. İngilis dilindən tədris dili kimi istifadə оlunması həm tələbələrin, həm də fakültənin tədris, tədqiqat, peşəkar fəaliyyətində yardım edir, оnlara dünyada peşəkar cəmiyyətlə ünsiyyət üçün yeni imkanlar yaradır. Departamentdə 12 nəfərə yaxın professor-müəllim heyəti çalışır. Hüquq departamentinin maddi-texniki bazasının möhkəmlənməsinə  həmişə böyük diqqət və qayğı göstərən universitet rəhbərliyi bunu nəzərə alaraq, Amerika Hüquqşünasları Assosiyasiyası (ABACEELI) və ABŞ İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə fakültədə Məhkəmə zalı yararatmışdır. Bu layihənin əsas məqsədi universitetdə təhsil alan tələbələri məhkəmə işinin təşkili ilə yaxından tanış etmək, məhkəmə psixologiyasınа аlışdırmаq, gələcəkdə məhkəməyə müraciət etmək vərdişlərini aşılamaqdan ibarətdir.Hüquq Tədris Mərkəzi - 2012-ci ilin dekabr ayından ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasına başlamışdır. Ləyihə çərçivəsində hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universitetində Hüquq Tədris Mərkəzi yaradılmışdır. Tədris mərkəzində həmçinin  İnsan Hüquqları ilə bağlı silsilə təlim kurslarının keçirilməsi nəzərdə tutulub.