Magistr və Fəlsəfə doktoru proqramları

Magistr təhsili intellektual maraq və biliyin artırılması istəyi ilə xarakterizə olunur.

Magistr təhsili bakalavr təhsilinin davamıdır. Bu proqram daha çox öz əvvəlki işlərində müstəsna bilik qabiliyyətini nümayiş etdirən və müstəqil fikri və tədqiqetmə bacarığı olan tələbələr üçün nəzərdə tutulur.

Mühəndislik və Tətbiqi Elmlər fakültəsi magistr dərəcəsi və fəlsəfə doktoru dərəcəsi əldə etmək istəyənlər üçün fənlərin tədrisini həyata keçirir. Magistr dərəcəsi əldə etmək istəyən tələbələr bu proqramı il  yarım və ya iki ilə, fəlsəfə doktoru dərəcəsi əldə etmək istəyənlər isə üç və ya dörd ilə başa çatdıra bilər.

Fakültə Kompüter Elmləri, Kompüter Mühəndisliyi və Neft Mühəndisliyi ixtisasları üzrə magistr elmi dərəcəsi əldə etməyə imkan verir.

Magistr proqramına daxil olan tələbələr əsasən bakalvr dərəcəsi ilə bağlı tələbləri yerinə yetirmiş olmalıdırlar. Magistr pilləsinə qəbul olunmaq üçün bakalavr dərəcəsi tələb olunur.
İxtisasdan asılı olaraq tələbələr magistr proqramları üzrə 39-45 kredit (tezis işi üçün 6 kredit də daxil olmaqla) toplamalı və onların ixtisas fənləri üzrə orta qiyməti (GPA) 75 və ya yuxarı olmalıdır.

Fakültə Kompüter Elmləri, Kompüter Mühəndisliyi və Neft və Qaz Mühəndisliyi üzrə Doktorantura dərəcəsi əldə etməyə imkan verir.

Doktorantura pilləsi tələbələri qabaqcıl təhsil və tədqiqatla təmin etmək üçün nəzərdə tutulmuşdur.

Doktorantura pilləsinə qəbul olan tələbələr əsasən magistr dərəcəsi ilə bağlı tələbləri yerinə yetirməli və yaradıcılıq qabiliyyətini nümayiş etdirməlidir. Doktorantura pilləsinə qəbul olunmaq üçün magistr dərəcəsi tələb olunur.

Hər namizəd yekun olaraq öz dissertasiyasını şifahi olaraq müdafiə etməli, əsas sahə ilə bağlı geniş bilik nümayiş etdirməli, habelə təhsil sahəsində dissertasiya mövzusunun əhəmiyyətini vurğulamalıdır.

 

Kompüter elmləri üzrə magistr proqramı

Kompüter elmləri üzrə magistr pilləsi ixtisaslı tələbələrə Kompüter elmləri ilə bağlı  təhsilini qabaqcıl səviyyədə davam etdirməyə imkan verir. Bundan əlavə minimum universitet tələblərinə cavab verməklə yanaşı, abituriyentlərin kompüter elmləri ilə bağlı kifayət qədər bakalavr hazırlığı olmalıdır. Magistr təhsili üçün namizədlər universitetin ilkin şərtlərindən əlavə ixtisas sahəsində müvafiq bakalavr proqramı hazırlığına malik olmalıdırlar. Belə hazırlığı olmayan tələbələr bakalavr proqramından bəzi ixtisas fənlərini də öyrənməlidirlər.

Qeyd:  Fakültə digər alternativ fənlər təklif edə bilər.


Kompüter mühəndisliyi üzrə magistr proqramı

Kompüter mühəndisliyi üzrə magistr proqramı ixtisaslı tələbələrə Kompüter mühəndisliyi ilə bağlı təhsilini qabaqcıl səviyyədə davam etdirməyə imkan verir. Magistrlar Kompüter qrafikası, Multimedia sistemləri və Kompüter mühəndisliyi və digər sahələrdə ixtisaslaşa bilər.

Bundan əlavə minimum universitet tələblərinə cavab verməklə yanaşı, abituriyentlərin kompüter elmləri ilə bağlı kifayət qədər bakalavr hazırlığı olmalıdır. Magistratura pilləsinə qəbul olan, lakin yetərli biliyi olmayan tələbələr üçün ilkin olaraq müəyyən bakalavr fənlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd: Fakültə digər alternativ fənlər təklif edə bilər. 



Neft və qaz mühəndisliyi üzrə magistr proqramı

Neft Mühəndisliyi üzrə magistr təhsili mühəndisləri  neft və qaz istehsalı zamanı məsuliyyətli olmaq üçün hazırlayır. Neft mühəndisliliyini bitirən məzunu tezliklə güclü potensial sahələrin şəxsi və professional inkişafına meydan oxuduğunu görmək olar.

Sənaye ərzində üstün bacarığını inkişaf etdirmək arzusunda olan namizədlərin müvəffəqiyyətli olacağını gözləmək olar. Mühəndislik və Tətbiqi Elmlər fakültəsi yüksək səviyyədə tələbələr hazırlayır və texniki bacarıqları ilə bu problemlərin öhdəsindən gəlmələri  tələb olunur.

Qeyd: Fakültə digər alternativ fənlər təklif edə bilər.


Riyaziyyat üzrə magistr proqramı

Magistr proqramının əsas məqsədi riyaziyyat  və tətbiqi riyaziyyat üzrə yüksək ixtisaslı mütəxəssislər və tədqiqatçılar hazırlamaqdır. 

Müasir riyaziyyat yalnız elm və texnologiya dili deyil, həmçinin bir-çox böyük şöbələrdən və maraqlı tədqiqat sahələrindən ibarətdir. Buna görə, ən çox nəzəri sahələrdən  ədədi və tədqiqi sahələrədək geniş diapazonda tədqiqat işləri aparılır.

Bu magistratura proqramına tədqiqat yönümlü dissertasiya üçün 6 kredit daxil olmaqla 39 kredit tələb olunur. 

Dərsin proqramı ixtisaslaşma sahəsinə uyğun olaraq Riyaziyyat Departamenti tərəfindən müəyyən edilir.

 

Doktorantura dərəcə proqramı

Fakültə, Kompüter Elmləri, Kompüter mühəndisliyi və Neft və Qaz Mühəndisliyi üzrə Doktorantura dərəcə proqramı təklif edir.

Doktorantura proqramı tələbələri qabaqcıl təhsil və tədqiqatla təmin etmək üçün nəzərdə tutulmuşdur. Doktorantura proqramına qəbul olmuş tələbələr magistr dərəcəsini bitirməli və yaradıcılıq qabiliyyəti nümayiş etdirməlidir. Doktorantura proqramına qəbul olunmaq üçün magistr dərəcəsi tələb olunur. 

Kurs işi və seçmə imtahanı qənaətbəxş başa vurduqdan sonra tələbə və onun rəhbəri dissertasiya mövzusu seçir. Namizədlər özlərinin müstəqil işi olan dissertasiyalarını yazarkən öz bacarıqlarını nümayiş etdirərək əsl tədqiqat həyata keçirir.

 

Fəlsəfə doktoru dərəcəsi üçün tədqiqat sahələri:

  • Kompüter elmləri və Kompüter mühəndisliyi
  • İntellektual sistemlər
  • Kompüter qrafikası
  • Kompüter şəbəkələri
  • Multimedia sistemləri
  • Proqram mühəndisliyi
  • Başqa sahələr

 

Neft və qaz mühəndisliyi

  • Tədqiqat, istehsal və yataqların işlənməsi
  • Layların neft verməsinin yüksəldilməsi
  • Neft Geoelmləri
  • Qeyri-nyuton sistemlər və onun neftçıxarmada tətbiqi
  • Təbii qaz mühəndisliyi
  • Neft kimyası
  • Başqa sahələr

 

Riyaziyyat

  • Diferensial tənliklər
  • Funksional analiz
  • Operator nəzəriyyəsi
  • Funksional məkan
  • Əməliyyatların tədqiqi
  • Başqa sahələr