Fənn Üçün Qeydiyyat

Tələbə hər semestrin əvvəlində, dərslər başlayana qə­dər həmin semestrdə tədris olunan fənlərdən han­sı­nı oxuya­ca­ğını müəyyənləşdirir, həmin fənləri qey­diy­yat vərəqində yaz­maq və imzalamaqla qeydiy­yat­dan keçir.

Qeydiyyatdan keç­miş tələbə, fakültə dekanının icazəsi olarsa, semestrin birinci həftəsi ərzində qeydiyyat vərəqində də­yişiklik edə bilər.

Bu müd­dətdən sonra qeydiyyat vərəqində heç bir də­yi­şik­lik edilə bilməz. Qey­diyyat və­rəqində öz əksini tapmayan istənilən dəyişiklik etibarsız sayılır.

Dərslər başlayana qədər qeydiyyatdan keçməmiş tələbə, fakültə dekanının icazəsi olarsa, semestrin birinci həftəsi ərzində qeydiyyatdan keçə bilər.

Bu müddət ərzində də qeydiyatdan keçməyən tələbə 50 (əlli) manat məbləğində cərimə ödəməklə ikinci həftə ərzində qeydiyyatdan keçə bilər.

Semestrin ikinci həftəsindən sonra qeydiyyat müddəti bitir və bundan sonra heç bir tələbə qeydiyyatdan keçə bilməz.

 Bakalavr pilləsində oxuyan tələbə semestr ərzində mak­si­mum 19 kreditlik, (minimum 12 kreditlik) yay se­siyasında isə maksimum 10 kreditlik fənn götürə bi­lər.

İstisnalar yalnız fakültə dekanının icazəsi ilə ola bilər.