Təhsil Haqqı və Digər Xərclər

Xəzər Universitəsində tələbə hər il müəyyən olun­­muş miq­darda təhsil haqqı ödəməlidir. Təhsil haqqı ba­rədə məlumat Qəbul və Tələbə Söbəsindən əldə ed­i­lə bilər. Xəzər Univer­sitəsinə yeni qəbul olunmuş tə­ləbə təhsil qaydası ilə tanış olur, uyğun müqaviləyə im­za atır və bütün qay­dalara əməl et­məyi öhdəsinə götürür.

Heç bir tələbə universitənin təhsil haqqını tam ödə­mə­miş universitəni bitirə bilməz.

 Təhsil haqqının geri qaytarılması

 Əgər təhsil haqqını ödəmiş tələbə, hər hansı bir sə­bəb­dən, oxumaqdan imtina edərsə, ödənilmiş təhsil haq­qının bir hissəsi aşa­ğıdakı şərtlər daxilində geri qaytarıla bilər:

  • Dərslərin başlandığı gündən etibarən ilk iki həftə müd­dətində – ödənilmiş təhsil haqqının 80% - i ge­ri qaytarılır.

  • Dərslərin başlandığı gündən etibarən üçüncü həf­tə müd­dətində 60%
  • Dərslərin başlandığı gündən etibarən dördüncü həftə müd­dətində 40%

  • Dərslərin başlandığı gündən etibarən beşinci həftə müddətində – 20%

 Dərslərin başlanmasından 5 (beş) həftə keçdikdən sonra ödənilmiş təhsil haqqı geri qaytarılmır.

 Əgər təhsil haqqını ödəmiş tələbə dərslərə ümumiy­yətlə baş­lamayıbsa, təhsil haqqını geri almaq üçün nə vaxt mü­ra­ciət etməsindən asılı olmayaraq, ödənilmiş təhsil haqqının yalnız 80% - i geri qaytarılır.

 Təhsil haqqının ödənilməsində güzəştlər

Aşağıdakı hallarda tələbəyə təhsil haqqının ödənil­mə­sində müxtəlif güzəşt formaları tətbiq edilir:

  • Qəbul imtahanlarında 500 (beş yüz) və daha çox bal toplamışdırsa; (birinci tədris ilinin nəticələrinə görə tələbənin GPA 85-dən az olarsa, Universitə bu güzəşti ləğv etmək hüququna malikdir).

  • Valideynlərin biri və ya hər ikisi Xəzərdə işlə­yir­sə;

  • Bir ailədən 2 (iki) və daha çox tələbə Xəzərdə təh­sil alırsa;

  • Hər iki valideynindən məhrum olmuşdursa;

  • Universitədə təhsil aldığı dövrdə, gözlənilməz ha­di­sə nəticəsində (məsələn, qəflətən  valideynini it­ir­­­məsi və. s) maddi köməyə xüsusi ehtiyac ya­ra­nar­sa.

Tətbiq edilən güzəştlərin forma və faizi haqqında məlumatları Qəbul və Tələbə Şöbəsindən ala bilərsiniz.