Köçürülmələrlə Bağlı Tələblər

Xəzər Universitəsi, başqa ali məktəblərdən köçürülən tələ­bə­lərdən İngilis dili imtahanını verməyi tələb edir. Ərizə­çi­lər TOEFL nəticəsini təqdim etməli və ya Xəzər Univer­sitəsinin İngilis dili üzrə xüsusi imta­hanını verməlidirlər.

Ərizəçilər əvvəlki təhsilləri haqqında sənədlər təq­dim et­mə­lidirlər. Qəbul və Tələbə Şöbəsi, uyğun fakül­tə dekanlığı ilə birgə tələbənin əvvəlki təhsili haq­qın­da sənədlərini araşdırır, akkreditə olunmuş ali məktəb tə­­rə­­findən verilmiş transkriptdə göstərilən fənlərin Xə­zər Uni­ver­sitəsi tədris proqramına uyğunlu­ğunu və uy­ğun gələn fən­lər üzrə kredit hesablanması me­xa­niz­mi­ni müəyyənləşdirir. Köçürülən tələbələr bütün də­rə­cə tələblərini yerinə yetirmə­lidirlər. Məzunluq üçün lazım olan kreditlərin ən azı yarısı Xəzərdə qa­za­nılmalıdır. Xüsusi hallarda fakültələr fərqli siyasət hə­ya­ta keçirə bilər. Köçürül­mə sənədlərinin araş­dı­rıl­ma­sı və tam hazır­lan­ması üçün tələbə Universitə xə­zi­nəsinə 50 (əlli) manat  məb­ləğində pul ödəməlidir.

Universitədə təhsil alan tələbə Universitənin qay­da­ları çərçi­vəsində başqa ali məktəbə köçürülmək üçün mü­raciət edə bilər. Xəzər Universitəsindən başqa ali mək­təbə köçürülmə prosesi Universitə rektorunun 17 iyun 2003-cü il tarixli, T/05 saylı əmri ilə tən­zim­lə­nir. 

Ə M R № T/ 05

Bakı şəhəri                17 iyun 2003-cü il

 

Tələbələrin başqa ali məktəblərə köçürülmələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli, 402 saylı əsasnaməsinə uyğun tənzimlənməsi məqsədilə

ƏMR EDİRƏM

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli, 402 saylı əsasnaməsinə görə tələbələrin bir ali mək­təb­dən başqa ali məktəbə köçürülməsi yalnız qış və yay tətili döv­rün­də mümkün olduğundan:

  1. Yay tətili dövründə başqa ali məktəblərə köçürülmələr haq­qın­da müraciətlərə hər il yalnız avqust ayının 31-nə qədər baxıl­sın. Bu tarixdən etibarən heç bir başqa ali məktəbə kö­çü­rül­mələrə icazə verilməsin.
  2. Əgər göstərilən bu tarixdən sonra konkret tələbənin başqa ali məktəbə köçürülməsi haqqında Təhsil Nazirliyinin yazılı ra­zılığı olarsa və yeni tədris ilinin təhsil haqqı tam ödə­ni­lər­sə, məsələyə istisna hal kimi baxıla bilər.
  3. Əgər tələbə qış tətili dövründə öz arzusu ilə başqa ali mək­tə­bə köçürülmək istəyirsə, yalnız cari tədris ilinin təhsil haqqını tam ödədikdən sonra onun xahişi nəzərə alına bilər.
  4. Əgər başqa ali məktəbə köçürülmək istəyən tələbəyə bura­da oxuduğu müddətdə təhsil haqqının ödənilməsin­də müəy­yən gü­zəştlər edilmişdirsə, yalnız həmin güzəştlərin ümumi məb­lə­ği universitəyə ödənildikdən sonra tələbənin xahişi nəzərə alına bilər.
  5. Eyni əsasnaməyə görə birinci kurs tələbələrinin (ixtisa­sın­dan asılı olaraq ümumi kreditlərinin sayı 32 və ya 33 – dən az olan) başqa ali məktəbə köçürülmələrinə icazə veril­mə­sin.
  6. Bu əmr fakültə dekanları vasitəsilə bütün tələbələrə çatdı­rıl­sın.

 Əmrin icrasına nəzarət Rektor Assistenti İsaxan İsaxanlıya həvalə edilsin.