Dinləyici Tələbələr

Universitədə təhsil almayan hər hansı bir şəxs ixti­yari fənni oxumaq üçün dinləyici qəbul oluna bi­lər. Bunun üçün uyğun fakültə dekanının yazılı raz­ılı­­ğını almaq və ərizə ilə rektora müraciət etmək la­zım­dır. Uyğun fənnin təhsil haqqı ödənildikdən və rek­to­run əmrindən sonra rəsmi dinləyici kimi həmin fənni oxumaq olar. Hər hansı bir fənni dinləyici kimi gö­türmüş və müvəffəqiyyətlə imtahan vermiş şəxsə ser­ti­fikat verilir və sonradan həmin şəxs Universitəyə qəbul olu­nar­­sa, bu fənn nəzərə alınır (fənnin xüsusiyyətindən asılı olaraq uyğun departament və dekanlıq tərəfindən müəyyən vaxt məhdudiyyəti qoyula bilər) və tələbənin transkriptində qeyd olunur.