Qiymətləndirmə

Xəzər Universitəsində 100 ballıq qiymətləndirmə sis­te­mi tətbiq olunur. Bakalavr pilləsində keçid balı 60, orta qiymət (G.P.A.) 70, magistr pilləsində keçid balı 65, orta qiymət  75, Ph.D pilləsində keçid balı 70, orta qiy­mət isə 80 müəyyənləş­dirilib. Keçid balından aşa­ğı ballar üçün kredit verilmir.

Hər hansı bir ixtisas üzrə bakalavr dərəcəsi almaq üçün tələbənin ümumi fənlərdən orta qiyməti (G.P.A.) və ixtisas fənləri üzrə orta qiyməti (G.P.A.) 70-dən aşağı olmamalıdır. Orta qiymət (G.P.A.) aşağıdakı kimi he­sab­lanır:

Tələbənin müvəffəqiyyətlə imtahan verdiyi hər hansı bir fənn üzrə aldığı qiyməti həmin fənnin kreditinə vurub, bu cür hasillərin cəmini kreditlərin cəminə bölmək lazımdır.

Nümunə:

 Tələbə imtahanlardan aşağıdakı balları almışdır:

                Riyaziyyat (4 kredit)   -- 82

                İngilis dili  (3 kredit)   -- 95

 Deməli,

 G. P. A. = (4 × 82 + 3 × 95) : 7 = 87.5 ≈ 88

 (G.P.A. həmişə yuvarlaqlaşdırılmış tam ədədlə ifadə olunur.) 

Tələbələr semestr ərzində akademik göstəricilərinə görə qiymətləndirilirlər. Qiymətləndirmədə dava­miy­yət, dərsdə fəal iştirak etmə, fərdi və ya qrup işləri, dis­kussiyalar və pre­zentasiyalar, laboratoriya işləri, ya­zı işləri, praktiki və şifahi imtahanlar, tezis və dis­ser­tasiyalar və s. nəzərə alına bilər.

Əgər tələbə fəndən kəsilirsə o, fənnin ekvivalentini və ya özünü yenidən oxumalı və imtahan verməlidir.

57-59 arası bal toplayan tələbə yenidən imtahan verərək qiymətin artıra bilər. Lakin bunun üçün o müəyyən ödəniş etməlidir.

İmtahan və qiymətləndirmə qaydaları barədə daha ətraflı məlumat üçün  Xəzər Universitetinin "İmtahan qaydalar"-a və “Tələbələr üçün yaddaş kitabçası”na baxa bilərsiniz.