Təhsilin Sürətlənməsi

Akselerasiya müxtəlif üsullarla aparıla bilər:

  • Yay sessiyasında iştirak etməklə;
  • Fakültə dekanının razılığı ilə akademik il ərzində əlavə fənlər götürməklə;
  • Birbaşa imtahan yolu ilə (credit by exam) kredit qazan­maq­la.

 Birbaşa imtahan vasitəsilə kredit yalnız Xəzər Uni­versi­tə­snin Kataloqunda göstərilmiş fəndən verilə bilər.

 Sonuncu il tələbəsi öz son semestri və ya yay ses­si­yası ər­zin­də magistr proqramından dərs götürə bilər və həmin dərsi fa­kültə dekanının və elmi rəhbərinin razılığı ilə magistr proq­ramı üçün saxlaya bilər.