Universitet Tələbləri

Bakalavr dərəcəsi almaq üçün tələbələr aşağıdakı 27 kre­dit­lik Universitet Tələblərini ödəməlidirlər:

İngilis dili – 15 kredit

Azərbaycanşünaslıq – 12 kredit

İngilis dilindən tələb olunan 15 kredit aşağıdakı fənləri verməklə toplanır:

  • İngilis dili/Oxu 1 – 3 kredit
  • İngilis dili/Yazı 1 – 3 kredit
  • İngilis dili/Oxu 2 – 3 kredit
  • İngilis dili/Yazı 2 – 3 kredit
  • İxtisasa uyğun İngilis dili – 3 kredit

Qeyd: İngilis dili/Oxu fənni inglis dili üzrə oxuma və din­­lə­mə, İngilis dili / Yazı fənni isə yazı və da­nı­şıq kom­po­nentlərini özündə birləşdirir.

İngilis dili fənlərinin təhsil müddətinin ilk üç semestri ər­zin­də başa çatdırılması məsləhət görülür.

Azərbaycanşünaslıq aşağıdakı fənləri əhatə edir:

  • Azərbaycan dili – 3 kredit
  • Azərbaycan ədəbiyyatı – 3 kredit
  • Azərbaycan mədəniyyəti – 3 kredit
  • Azərbaycan tarixi – 3 kredit

Tələbələr Azərbaycan dilində yaxşı danışmalı, oxu­malı və yazmalıdırlar. Azərbaycan dili və ədəbiyyatı bi­rinci təhsil ilində başa çatdırılmalıdır. Əgər Azər­bay­can dili tələbənin ana dili deyilsə, tələbə əcnəbi tələbələr üçün nəzərdə tutul­muş xüsusi Elementar Azərbaycan dili fənnini öyrənməlidir.

Azərbaycan mədəniyyəti fənni olaraq tələbə İncə­sənət və Mədəniyyət departamenti tərəfəndən hazır­lan­mış Azərbay­can mədəniyyətindən praktiki dərslər (xalq musiqisi, musiqi mədəniyyəti, kino tarixi, rəqs an­samblı, xor, milli geyimlər və s.) seçərək kredit toplaya bilər.

Film about Khazar University