Xəzər Universitetində Kredit Sistemi

Xəzər Universitəsində hər hansı bir ixtisas almaq üçün tələbələr bir sıra fənləri öyrənməli və imtahan verib tələb olunan miqdarda kredit toplamalıdır. Uni­ver­­sitədə hər fənn əsasən 3 kredit dəyərindədir. Bəzi fənlər isə 1,5 – 4 kre­dit­likdir. Kredit saatları əsas eti­barilə fənn yükünü əks etdirir.

 Xəzər Universitəsində bakalavr dərəcəsi almaq üçün seçilən ixtisasdan asılı olaraq, ən azı 40 fənn oxu­maq­la 128-140 kredit toplamaq tələb olunur.

 Magistr dərəcəsi almaq üçün, tezis də daxil olmaqla, mi­ni­mum 7 fənn üzrə imtahan verib 32 - 60 kredit top­lamaq tələb olunur.

 Tələbələr yaz və payız semestrlərindən başqa, yay se­mestr­lə­rində də 3-4 fənn (ən çox 10 kredit) oxu­maq­la, kredit qazana bilərlər.