Ümumtəhsil Tələbləri

Tələbələr 21 kreditdən ibarət olan ÜTT tələblərini ödə­mə­lidirlər:

  • Humanitar elmlər – 6 kredit

  • Sosial elmlər – 6 kredit 

  • Texnologiya və təbiət elmləri – 9 kredit 

Humanitar elmlər hissəsi ədəbiyyat, dil və dilçilik, fəl­səfə, mədəniyyət sivilizasiya, incəsənət və in­cə­sənət tarixi fənlərini özündə birləşdirir. Bu böl­mə­dən tələbələr ən azı 6 kredit, yəni hərəsi 3 kredit olan 2 fənn götürməlidirlər.

Sosial elmlər qrupuna tarix, coğrafiya, siyasi elmlər, beynəl­xalq əlaqələr, qanun və dövlət, antropologiya, iqtisadiyyat, sosiologiya psixologiya fənləri da­xil­dir. Bu bölmədən tələbələr ən azı 6 kredit, yəni hə­rəsi 3 kredit olan 2 fənn götürməlidir.

Texnologiya və təbiət elmləri ümumi təhsil proqra­mının bir hissəsi kimi üç sahəni özündə birləşdirir: 

  • Fiziki elmlər və riyaziyyat
  • Həyat haqqında elmlər
  • Kompüter elmləri

Bu bölmə üzrə tələbələr ən azı üç fənn götürməlidir. Hər alt bölmədən bir fənn götürməklə 9 kredit, yəni hər bölmədən 3 kredit toplanılmalıdır. 

Bəzi fənlər öz məzmununa və tətbiq metodlarına görə müx­tə­lif bölmələrə aid oluna bilər. Məsələn, antropo­logiya, coğ­ra­fiya və psixologiya əsasən sosial elmlər bölməsinə aid edi­lir. Lakin bəzi hallarda onları təbiət elmlərinə də aid etmək olar. 

Film about Khazar University