Bakalavr Pilləsində Təhsil Alan Tələbələrin Təsnifatı

Bakalavr pilləsində təhsil alan tələbələrin kurs təsni­fatı on­ların yığdıqları kreditin sayı ilə bağlıdır. Təsni­fat aşağıda göstərilən kimidir:

  • Birinci kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/4-dən az kredit toplamış tələbə.

Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan ba­kalavr proqramında 32 (33)-dən az kredit toplamış tə­ləbə.

  • İkinci kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/2-dən az, lakin 1/4-dən çox kredit toplamış tələbə.

Başqa sözlə, 128 (132) kredit top­lanması tələb olunan bakalavr proq­ra­mın­da 32 (33) və ya daha çox, lakin 64 (66)-dan az kredit toplamış tələbə.

  • Üçüncü kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/2-dən çox, lakin 3/4-dən az kredit toplamış tələbə.

Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan bakalavr proqramında 64 (66) və ya daha çox, lakin 96 (99)-dan az kredit toplamış tələbə.

  • Dördüncü kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 3/4-dən çox kredit top­la­mış tələbə.

Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan bakalavr proqramında 96 (99) və ya daha çox kredit toplamış tələbə.