Dərəcələrin Təsnifatı

Xəzər Universitetində fənlərin nömrələnməsi onun adının qısa ixtisar olunmuş forması və üç-rəqəmli ədədlərin köməyi ilə aparılır. Fənlərin nömrələnməsində rəqəmlər əsasən aşağıdakı qayda üzrə seçilir: 

  • Hazırlıq fənləri 001-099
  • 1-ci və 2-ci kurs fənləri 100-199 və 200-299
  • Sonuncu kurslar və bəzi magistr fənləri 300-399 və 400-499
  • Magistr və doktorantura fənləri 500 və ondan yuxarı ədədlər

(Unutmayın ki, bu ümumi qaydadır. Hər bir fakültənin xüsusi fənn nömrələmə sistemi də ola bilər.)

Bir sıra fərdi təhsil və tədqiqat fənlərinin nömrəsi 500 və ya ondan yuxarı ədədlərdir. Departament və fakültələrin razılığı ilə bakalavr tələbələri 500 nömrəsi ilə başlayan fənlər götürə də bilər. Əsas departamentin razılığı ilə magistr və ya doktorantlar magistratura və ya doktorantura dərəcə tələblərinə uyğun 300 və ya ondan yuxarı ədədlə başlayan fənlər və əlavə kurs işləri, layihələr və ya müstəqil iş götürə bilərlər. Onlar 100-199 və 200-299 nömrəli fənləri seçə bilməzlər. Bütün tələbələr departamentin tələblərinə və ya fənlərin göstərilən şərtlərinə uyğun olaraq fənn seçimi etməlidirlər. 

Film about Khazar University