Psixologiya

Dünyada baş verən sürətli dəyişiklik və inkişafın müsbət təsirləri ilə yanaşı, insanlar üzərində mənfi təsirləri də qaçılmazdır. İnsanlar psixoloji, fizioloji, sosial yöndən çətinliklərlə üzləşir və çox vaxt peşэkar psixoloqa ehtiyac hiss edirlər. Psixoloqlar zəka, təfəkkür, təxəyyül, motivasiya, emosiya və s.kimi sahələri öyrənir. Psixoloqlar gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etmə yollarını axtarır və bu problemlərin həlli üçün insanlara kömək edirlər. İnsanların problemlərinin böyük əksəriyyəti, tibbi deyil, psixoloji xarakter daşıyır. Dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır. 

Xəzər Psixologiya departamenti 2010-cu ildə yaranıb. Proqram psixologiyanın nəzəriyyəsini və praktikasını birləşdirir və bu sahədə uğurlu karyera qurmaq üçün zəruri olan fərdi və qrup psixoloji məsləhət texnikalarını öyrədir. 


Niyə Xəzərdə Psixologiya ixtisası?! 

  • İngilis dilində keyfiyyətli təhsil 
  • Dünyanın qabaqcıl ali məktəblərinin təcrübələrinə əsaslanan tədris proqramı
  • Məzunların təhsilini xaricdə davam etdirmə imkanı
  • Azərbaycanda təhsil almış yüksək səviyyəli mütəxəssislərlə yanaşı,xaricdə təhsil almış ixtisaslı müəllim heyəti
  • Klinikalarda və xəstəxanalarda təcrübə imkanı
  • Xəzər Psixoloji Xidmət Mərkəzində peşəkar inkişaf üçün mütəmadi seminar, kurslar, konfranslarda iştirak imkanı 

Psixologiya elmi sahəsində baş verən son nailiyyətlər, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə ilk dəfə və davamlı olaraq universitetimizdə keçirilən Azərbaycan Psixologiya Konfransı respublikada böyük rəğbət doğurmaqdadır. Xəzərli tələbə üçün bu konfransa ev sahibliyi etmək böyük qürurdur.


Bu peşə kimlər üçün uyğundur?

  • Düşüncələrini yazılı və sözlü ifadə edə bilən
  • Analitik düşüncə qabiliyyəti olan insanlar
  • Yaradıcı
  • Səbirli
  • Təmkinli
  • Dinləməyi sevən
  • Ünsiyyət qurmağı bacaran insalar


Karyera perspektivləri: 

  • xəstəxanalar 
  • poliklinikalar
  • uşaq evləri
  • təhsil müəssisələri
  • psixoloji xidmət mərkəzləri
  • yaşlılar evi
  • sənaye sahələri 

Psixoloqlar ixtisaslaşacaqları sahədən asılı olaraq klinik psixoloq, uşaq psixoloqu, ailə psixoloqu və s. kimi də fəaliyyət göstərə bilərlər.


Əlaqə:

Mələk Kərimova 

Xəzər Universiteti Psixologiya Departamentinin Koordinatoru 

Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru 

PhD namizəd (Xəzər Universiteti, Azərbaycan)

Psixoloji Xidmət və Rəhbərlik üzrə magistratura (Hacəttəpə
                                 Universiteti, Türkiyə)

                                 Psixoloji Xidmət və Rəhbərlik üzrə bakalavr (Hacəttəpə
                                 Universiteti, Türkiyə) 

                                 E-mail: psychology[at]khazar.org

                                 Telefon: (+994 12) 421 10 93 (275)


Bizi Facebook-da izləyin:

https://www.facebook.com/khazarpsych/