Fəlsəfə və Sosiologiya


Departament müxtəlif humanitar və sosial elm sahələrinin tədrisi və tədqiqini nəzərdə tutan çoxfənnli (multidissiplinar) akademik vahid kimi 1992-ci ildə yaradılmışdır. Hal-hazırda Departamentin əsas akademik sahələri və tədqiqat fəaliyyətləri üç istiqamətdə qruplaşdırılır:

• Fəlsəfə (buraya aşağıdakı fənnlər daxildir: fəlsəfə tarixi, din fəlsəfəsi, siyasət fəlsəfəsi, fəlsəfə və ədəbiyyat münasibətləri, fəlsəfə və linqvistika)

• Digər sosial və humanitar elm sahələri (sənətlərin və mədəniyyətin öyrənilməsi, sosial və kultural antropologiya)

Departament tərəfindən universitetin bütün fakültərində ümumtəhsil tələblərə müvafiq olaraq fakültativ proqramlar formasında müxtəlif kurslar təklif və tədris edilir. Departamentin Humanitar və sosial elmlər, İqtisadiyyat və menecment, Təhsil və Mühəndislik fakültələrinə təklif etdiyi fənnlərə bakalavr və magistr proqramları üçün tələb olunan ixtisas, ixtisasa yaxın və ixtisasla az əlaqəli kurslar daxildir.

Departamentin fakültələrində ailmlərin əsaslı təcrübi təlimləri və müxtəlif tədqiqat maraqları təşkil edilir. Bütün fakültə üzvləri öz sahələrinə uyğun güclü akademik savada malikdirlər və geniş nəşr edilirlər. Xarici ölkələrdən dəvət edilmiş tanınmış professorlar universitetin fakültələrində müqavilə əsasında işləyirlər.

Departamentin bakalavr, magistr və Ph.D dərəcələri üzrə fənnlərarası ixtisas proqramları mövcuddur.