Musiqi və İncəsənət



Musiqi və İncəsənət Departamenti     


İncəsənət və musiqi departamenti ixtisasından asılı olmayaraq bütün universitet  tələbələri üçün incəsənət və musiqinin müxtəlif sahələri ilə məşğul olmağa imkan yaradır və bu fənlər universitetdə tələb olunan fənlər siyahısına alınacaq.Departamentin proqramı Azərbaycan və dünya musiqisinin mirasını və arxivlərini öyrənmək üçün mühit yaradır. Departament peşəkar və istedadlı qrafik rəssamlarının sərgilərini, xarici teatr və konsert qruplarının turlarını və hörmətli rəssamlarla görüşləri təşkil edir. Bu davamlı fəaliyyət Xəzər Universitetini Bakının ən zəngin mədəni mərkəzlərindən birinə çevirmişdir. Xəzərin mahnı və rəqs ansamblı  Avropa, Türkiyə, Qatar və Gürcüstanda çıxış edərək bir neçə müsabiqələrin qalibi olmuşdur. Xəzər Universitetinin ansamblı Qafqaz, rus, ispan, ərəb, ingilis, italyan, fars, türk, qaraçı və digər milətlərin mahnı və rəqslərini ifa edir.Departamentin  qaydalarına əməl olunması şərti ilə musiqi, rəqs, xor, xalça toxunması və yüksək ali dərəcələr əldə etmək üçün professional treyninq kurslar kimi müxtəlif fənlər təşkil edir. Həmçinin departament tərəfindən mütəmadi olaraq incəsənət tarixi, dünya incəsənəti və mədəniyyəti, Asiya və Avropa mədəniyyəti kimi ixtisaslaşmış fənlər də təklif olunmuşdur. Əlavə olaraq, bu departament Xəzər Universitetinin mədəniyyət sahəsinin inkişafında əsas rol oynayır.Bu səbəbdən də Departament şəhərin (Bakı) mərkəzindəki məşhur “Dünya” konsert salonu daxil olmaqla, universitetin hər iki korpusunda iki konsert salonu yaradılmışdır.  Təhsil və tədqiqatla yanaşı universitetin mədəni həyatını zənginləşdirmək məqsədi ilə digər təşkilatlarla əlaqələr yaradır, konsertlər və şoular təşkil edir və buraxılış mərasimləri və digər tədbirlərdə mühüm rol oynayır. Departamentin məqsədi xalça toxuma, musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir. Universitetin toplantı salonları eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin inkişafı və təbliğinə töhfə vermək üçün universitet və digər qrupların toplantıları, məşqləri və konsertləri üçün istifadə olunur. Departament tərəfindən təklif olunan fənlər Azərbaycanın fundamental estetik dəyərlərinin təbliğini həyata keçirir. Hər tələbə milli mədəniyyətimizi daha dərindən öyrənmək üçün arzuladıqları sahəni seçə bilərlər. Tələbələr Xəzər Universitetində təhsil aldıqları müddətdə musiqi, rəqs, teatr və digər qruplarda iştirak edə bilər və eyni zamanda muğam, xalq musiqisi, Azərbaycanın klassik musiqisi və səs, xor, xalçaçılıq, zərgərlik və milli kostyum dizaynı üzrə tanınmış mütəxəssislərdən dərslər alaraq akademik kredit əldə edə bilərlər. Musiqi və İncəsənət departamenti həmçinin Xalça muzeyi, Zərgərlik muzeyi və Milli geyimlər muzeyi daxil olmaqla bir neçə mərkəzlərin işinə nəzarət edir.