Kitabxanalararası Mübadilə Xidməti

Tədris və ya tədqiqat məqsədi ilə lazım olan kitab və ya jurnallar kitabxanamızda olmadığı təqdirdə kitabxanalararası mübadilə proqramına əsasən əmkdaşlıq etdiyimiz digər kitabxanalardan müvəqqəti olaraq əldə edilir. KİM istifadəçiləri üçün kitabxanalararası mübadilə siyasətini qoruyaraq, hər zaman ondan yararlanmaq imkanı yaradır

Sorğu yerləşdirmək 

  • Bütün tələbə, müəllim və əməkdaşlar düzgün sorğu forması təqdim etməlidir.
  • Sənəd: əslindən surəti çıxarılmış, bura jurnal, qəzet, məqalə, xəritə və ya konfrans materialı aiddir
  • Müvəqqəti əldə etmək: müvəqqəti əldə edilmiş mənbələrə kitab, konfrans materialı, xəritə, CD, DVD, VHS aiddir
  • Kitabdan fəsil: kitab və ya antologiyadan fəsilin surəti
  • Tezis: tezis və ya dissertasiyanın müvəqqəti olaraq götürülməsi


Qeyd: Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinə aid mənbə rəfdə tapılmadıqda, bu barədə qeyd bölməsində sorğu yerləşdirilir. Sorğu yerləşdirildikdən sonra nəzərdən keçirilərək, cavabı müraciət edənin e-poçtuna göndərilir.

Sorğunun ləğv edilməsi

Sorğu aşağıda göstərilən səbəblərdən biri üzrə ləğv edilə bilər:

  • Bu mənbə Xəzər Universiteti KİM aid olduqda
  • Mənbəyə isnad tapılmadığı halda
  • Tələb olunan mənbə istifadə edildikdə və ya abonementdə olmadıqda
  • Mənbə heç bir kitabxanada tapılmadıqda
  • Mənbə yeni olduqda və kitabxana tərəfindən kataloqlaşdırılmadıqda və ya çap edilmədiyi təqdirdə

Əgər ləğv etmə sənədinə düzəliş etmək lazımdırsa, bunu müraciətinizdə qeyd edin. Ləğv etmə ilə bağlı digər suallar üzrə bizimlə əlaqə saxlayın.

Film about Khazar University