Yeni İstifadəçilər

KİM-ə necə gedə bilərəm?

Xəzər Universiteti KİM  Neftçilər korpusu yeni binada ( V və VI mərtəbələrində) və digər iki şöbəsi – Şəhər Mərkəzi və Alatava korpusunda yerləşir.

İş qrafiki?

Bazar ertəsi-cümə: 08.30-19.30 və şənbə günləri: 9.00-15.00 (Neftçilər korpusu), 9.00-17.00 (MBA kitabxanası). Bazar istirahət günüdür.

KİM-dən kimlər istifadə edə bilər?

Xəzər Universitetinin bütün heyəti kitabxanadan istifadə edə bilər.

Digər universitetlərdən akademik heyət və tədqiqatçı tələbələr (doktorant) kitabxanaya qaynaqlardan istifadə etmək üçün müraciət edə bilərlər.

Azərbaycanın başqa universtetlərindən axırıncı kurs tələbələri və aspirantları Kitabxananın oxu zalından istifadə üçün müraciət edə bilərlər.

Xüsusi və biznes tədqiqatçıları  araşdırmalara lazım olan materialları Universitet kitabxanasının resurslarından istifadə etmək üçün müraciət edə bilərlər. 

KİM-in fonduna hansı materiallar daxildir?

Xəzər Universiteti KİM Biznes, İqtisadiyyat və menecment, Mühəndislik və tətbiqi elmlər, Təhsil, Sosial, Siyasi elmlər və Beynəlxalq münasibətlər, Filologiya, Fəlsəfə, İncəsənət, Tarix və Tibb elmləri sahələrində Azərbaycan, ingilis, rus, türk, ərəb, fars, alman, fransız,yapon, çin, digər müasir Avropa və Şərq dillərində çap olunmuş elektron materialları özündə cəmləşdirir. Orta hesabla kitabxana materiallarının 75%-i ingilis dilindədir. Dünyada çap olunan dərslik kitabları, eyni zamanda Xəzər Universitetinin nəşrləri kitabxanada geniş şəkildə istifadəyə verilmişdir. KİM-in  bir və iki dilli ensiklopediyaları, nadir kitablardan ibarət xüsusi kolleksiyaları, əlyazmalar və başqa materialların da daxil olduğu geniş açıq fondu var.

KİM-in hansı elektron resursları var?

İstifadəçilər onlayn ictimai girişi həyata keçirən kataloq (OPAC) vasitəsilə materiallara: kitablara, dövri nəşrlərə, video qeydlərə, ingilis, azəri, rus və başqa dilli CD-ROM-lara axtarış edə bilərlər. İstifadəçilər şəxsi kitab qovluğunda asanlıqla yaddaşa ötürmə, çap etmə üsulu ilə biblioqrafiyalarını yarada bilərlər.

Universitet kitabxanası e-Katalog vasitəsilə dünyanın hər bir yerindən ekitablar, ejurnallar, web səhifələr və verilənlər bazasına onlayn girişi təmin etməyə müvəffəq olub.

Xəzər Universiteti KİM-i EBSCO, Oksfordun onlayn mənbələri, IOPscience, BioOne, Edvard Elqar Nəşriyyatı və s. kimi müxtəlif elektron resurslara girişi təmin edir. Xəzər Universiteti Nəşriyyatında çap olunan dövri nəşrlər və Universitet əməkdaşlarının araşdıramaları nəticəsində ərsəyə gələn məhsullar müəssisənin elektron arxivində (http://dspace.khazar.org) mövcuddur.

KİM-lə necə əlaqə saxlaya bilərəm?

İş Qrafiki səhifəsinə baxın.

E-maillibrary@khazar.org

Film about Khazar University