Jurnalistika

Ümumi məlumat

Jurnalistika departamentinin əsas məqsədi tələbələri ağıllı, məsuliyyətli və savadlı jurnalistlər kimi hazırlamaqdır. Departament ən yaxşı jurnalistika təhsili olaraq, ictimai və dəqiq elmlərin təhsil gücünü peşəkar proqramda birləşdirildirildiyinə inanır.

Departament inanır ki, belə təhsil tələbələrə insanların fərqli şəraitdə və ya keçmişlərindəki həyat hekayələrini dinləməyə, anlamağa və danışmağa kömək edir. Departament Humanitar və sosial elmlər fakültəsinin tərkibində özünəxüsus yer tutur.

Departamentin əsas vəzifəsi tələbələri uyğun karyera üçün hazırlamaqdır. Departament digər departamentlərdəki həmkarlarının elmi-tədqiqat, tədris və xidmətlərini qiymətləndirir. Bu, həm departamentin özünü, həm də onların tələbələrimizə verdikləri pedaqoji dərinliyi dəyərləndirir.

Biz bu fikrə sadiq qalırıq ki, bizim mütəxəssislərimizin dünyanı anlamaq üçün humanitar sahədə güclü elmi bilgiləri və onları çatdırmaq üçün güclü jurnalistika bilgiləri olmalıdır.

Departament öz tələbələrini digər sahələri dərindən öyrənməyə və fakültənin digər departamentlərindən ikinci ixtisası tamamlamağa həvəsləndirir. Həmçinin, departament digər departamentlərdəki tələbələri onların təhsil və karyera imkanlarını artırmaq üçün ikinci ixtisas kimi jurnalistika təhsili almağa təşviq edir. 

Departament, eyni zamanda, öz yazı, müsahibə və araşdırma bacarıqlarını yaxşılaşdırmaq və ya KİV haqqında bilik əldə etmək üçün müraciət edən qeyri-ixtisas tələbələrinə də öz töhfəsini verir.

 Missiyası

Jurnalistika departamenti azad və müstəqil media və kommunikasiya mühiti yaratmağı nəzərdə tutur: tənqidi, sayıq və proflaktik; milli; səlahiyyətli və transformasiya olunan; plüralist və hamı üçün əlçatan; gender bərabərliyini, ekoloji ahənginin müdafiəsini, sosial ədaləti və sülhü təbliğ etməyi.

Departamenti aşağıdakı keyfiyyətlərlə səciyyələndirilən peşəkar jurnalistlər yetişdirməyi öz öhdəsinə götürür:

  • ali düşüncə qabiliyyətinin inkişafı üçün imkanları olan;

  • sosial məsuliyyətli;

  • incəsənət və mədəniyyətə həvəsli;

  • dəyərli və parlaq mənəviyyatlı;

  • texnologiya və başqa resurslardan məsuliyyətli istifadə edə bilən;

  • insan cəmiyyətinə, xüsusilə uşaq və qadınların hüquqlarına hörmətlə yanaşan.

Departament milli və dünyəvi dəyərlər, elmi inkişaf, ictimai fəaliyyət və sosial məsuliyyət üzərində qurulan media və kommunikasiya proqramı təklif edərək, ölkənin aparıcı qurumunun formalaşmasını və Azərbaycanda media və kommunikasiya praktiklərinin təhsilini öz üzərinə götürür. 


Gözləntiləri

Jurnalistika departamenti tələbələri, məzunları, media və kommunikasiya praktiklərini belə görür:

  •  yetkin, təcrübəli və yaradıcı;
  •  son dərəcə məsuliyyətli;
  • səlahiyyətli və səlahiyyət verən;
  • sosial dəyişkənliyə açıq agentlər;
  • gender bərabərliyinin, ekoloji ahəngin, sosial ədalətin və sülhün dönməz müdafiəçiləri.
Ümumi məqsədləri

Jurnalistika proqramının məqsədi media və kommunikasiyanın bu sahələrinin: yazı, istehsalat və tədqiqatın nəzəri və praktik aspektlərini öyrənən tələbənin öyrənməsini asanlaşdırmaqdır. 

Xüsusi məqsədləri

Xüsusi olaraq, jurnalistika proqramı öz tələbələrinin aşağıdakı qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır:

1. Yazı kursları vasitəsilə ustalıq və təfəkkür;

2. İstehsalat vasitəsilə texniki bacarıqlar və yaradıcılıq;

3. Elmi-tədqiqat işləri vasitəsilə nizam-intizam, təhqiqatçı bacarıqları və tənqidi mühakimə;

4. Öz peşəkar və şəxsi həyatlarında dərin sosial məsuliyyət, gender və uşaq həssaslığı, ətraf mühitə və təbiətə məhəbəbbət hissi.