Tarix və Arxeologiya

Missiyası

Tarix və Arxeologiya departamenti yüksək təhsil standartlarını təmin edir. Departamentin məqsədi tələbələri insanların yaranması və inkişafı haqqında biliklə təmin etmək, onların bacarığını inkişaf etdirmək, tədqiqatlara rəhbərlik edib və onları analiz etmək və əsas nəticəni göstərməkdir. Departamentin əsas məqsədi tələbələrdə tədqiqat işlərinin inkişaf və analiz etdirilməsi və tarixi üsullardan istifadə etməklə dəqiq nəticə əldə edilməsidir. Departament Azərbaycan tarixi fənni müvafiq olaraq Universitetin bütün fakültələrinin tələbələri üçün tədris olunur. Bu kurs qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir və Şərq dünyasının ayrılmaz hissəsi kimi Qafqaz və Orta Asiya dövlətləri tarixi ilə bilavasitə əlaqədə öyrənilir. Əcnəbi tələbələr üçün Azərbaycan tarixi fənni ingilis dilində tədris olunur. Departament tarix müəllimliyi ixtisasının açılması ilə əlaqədar onlara uyğun tədris proqramları tərtib etmişdir. Bunlar - Qədim Şərq və Antik civilizasiyalar tarixi, Türk xalqları tarixi, arxeologiya, etnoqrafiya, köməkçi tarixi fənnlər, Avropanın orta və müasir tarixi, Amerika tarixi, Asiya və Afrika ölkələrinin tarixi və s. fənnlərdir. Bizim əsas missiyalarımızdan biri də bəşəriyyətin keçmişi haqqında biliklərin qorunması və inkişaf etdirilməsidir. Departamentin müəllim-professor heyəti də tələbələrin tarix elmini yaxşı mənimsəməsinə yardımçı olur. Bu məqsədi yerinə yetirmək üçün bütün fənnlər üzrə müzakirələr aparırıq və tələbələrə proqramı izah edirik.

Departament dünya sivilizasiyaları tarixinin əsas fənnini təqdim edir və bu kursa Qədim və Orta əsrlər tarixi, Asiya, Afrika, Amerika mədəniyyəti tarixi və həmçinin arxeologiya, etnoqrafiya, antropologiya fənnləri daxildir və burada nisbətən tarixi problemlər də müzakirə olunur. Universitetin tələbələrinə uyğun olaraq departament Azərbaycanın Milli tarixi-mədəniyyəti və inkişafı ilə bağlı fənnlər təşkil edir.

Departament fənnin tədrisi zamanı vizual vasitələrdən, tarixi xəritələrdən, video materiallardan və digər vasitələrdən istifadə edir. Departamentin xüsusi kitabxanası qiymətli tarixi kitablarla və materiallarla zəngindir. Tədris prosesi zamanı departament tələbələrin marağını qoruyur, onları kreativ və müstəqil işlərə cəlb edir. Tələbələr müxtəlif prezentasiyalar hazırlayır, esseler yazır, universitet və respublika elmi seminarlarında və konfranslarda aktiv iştirak edirlər.

Departamentin həmçinin, dövlət arxivi ilə, müxtəlif institutlar və tarix muzeyləri ilə sıx əlaqəsi var. Universitetin tələbələri isə ən çox Azərbaycanın müxtəlif bölgələrində olan tarixi yerlərdə ekskursiyalara, arxeoloji qazıntılarla və onların işində iştirak etməyə böyük maraq göstərirlər.