Xəbərlər

RICeST & ISC və Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalandı və seminar təşkil edildi

2018-ci il dekabrın 27-də Xəzər Universitetində universitetin Kitabxana-İnformasiya Mərkəzi, Elm və Texnologiya üzrə Regional İnformasiya Mərkəzi (RICeST) və İslam Dünyası Elmi İstinad Mərkəzinin (ISC) təşkilatçılığı ilə “İslam Dünyasında Elmi Araşdırmalarının iki onilliyinə baxış: Azərbaycan Qlobal Reyting Sistemlərində və “Web of Science”-da” adlı seminar keçirildi. Seminarın məqsədi Xəzər Universietinin tədqiqatçılarını tədqiqatların təşkilinə həvəsəndirmək, eyni zamanda, hazırkı tədqiqatlar, tədqiqat alətləri və yanaşmalara dair müzakirəyə cəlb etmək idi.

ISC & RICeST-in Prezidenti Dr. Mohammad Cavad Dehqani və Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin dosenti, RICeST & ISC Prezidentinin məsləhətçisi Dr. Mohammad Reza Falahati Qadimi Fumani RICeST & ISC haqqında məlumat verdilər. Çıxışlar zamanı Qlobal Reytinq Sistemlərinə və İslam Əməkdaşlıq Təşkilatının Universitet Reytinqlərinə xüsusi diqqət yetirildi. Natiqlər, eyni zamanda, gələcək seminarların məqsədləri haqqında danışdılar və seminarların gözləntiləri qarşılayacağını qeyd etdilər.

Dr. Cavad Dehqani qeyd etdi ki, seminarın keçirilməsində məqsəd iştirakçıları beynəlxalq nüfüzlu jurnallarda elmi məqalələr nəşr etməyə həvəsləndirməkdir. Dr. Reza Falahati nəşrlərin sayını artırmaq məqsədilə institutlar səviyyəsində səyləri artırmağın vacibliyini vurğuladı.

Təqdimatların əsas hissəsi Xəzər Universitetinin timsalında Azərbaycanın ali təhsil müəssisələri əməkdaşlarının dərc etdirdiyi məqalələrin təhlilinə həsr edilmişdi. Seminarın sonunda tədqiqatın keyfiyyətinin yüksəldilməsi üçün bəzi strategiyalardan istifadəyə dair tövsiyələr verildi. Bu strategiyalardan biri elmi tədqiqatlar sahəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq qurmaq, eləcə də, nüfuzlu jurnallarda məqalə dərc etdirmək məqsədilə tədqiqatçıları həvəsləndirmək üçün stimullaşdırıcı tədbirlər sistemi yaratmaqdan ibarətdir.

Seminarda Xəzər Universitetinin və digər ali təhsil müəssisələrinin əməkdaşları, eləcə də, doktorantlar, kitabxanaçılar iştirak etdilər.

Seminardan sonra Xəzər Universiteti ilə RICeST və ISC arasında iki Anlaşma Memorandumu imzalandı. Bu memorandumlar çərçivəsində Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində RICeST və ISC-in filialı təsis edildi. Bu filialdan fars dilində tam həcmdə məqalələr axtaran iranlı tələbələr, fakültə əməkdaşları, eləcə də, kənar istifadəçilər faydalana biləcəklər.

Bu vasitə ilə Xəzər Universitetinin əməkdaşları 20-dən çox farsdilli məlumat bazasında ödənişsiz çıxış əldə edirlər.






Hindistan səfiri KİM-ə kitablar hədiyyə etdi

2018-ci il dekabrın 13-də Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sancay Rana Xəzər Universitetində Hindistanın dünya turizmində rolu, turizmin inkişafına aid tövsiyələr, Hindistanın iqtisadi, sosial və siyasi həyatı, Azərbaycan və Hindistan arasında ikitərəfli inkişaf münasibətləri haqqında tələbələrə mühazirə keçdi.

Daha sonra cənab səfir Sanjay Rana Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldu. Kitabxana-İnformasiya Mərkəzinə Hindistanın tarixi, siyasəti, dahi şəxsiyyətləri, ədəbiyyat, incəsənət və mədəniyyətinə aid 73 adda kitab hədiyyə etdi.






EBSCO EDS Sınaq müddəti

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi məmnuniyyətlə diqqətinizə çatdırır ki, One Search (EDS) platformasına əlavə olunmuş yeni axtarış alətini sınaqdan keçirmək imkanımız var. One Search (EDS) platformasına http://search.ebscohost.com saytında yerləşdirilmiş “Databases” və “EBSCOHost” vasitəsilə çıxış əldə edə bilərsiz.

İstifadəçi: khazar

Şifrə: khazar

EDS EBSCOhost interfeysinə əsaslanan fərdi xüsusiləşdirilmiş axtarış platformasıdır. EDS kitabxanın elektron resurslarında sinxron axtarış aparmağa imkan verir. Axtarışın nəticələri “Mənim EBSCOhost-um” qovluğunda yaddaşda saxlanıla bilər. Bundan başqa, EDS vasitəsilə yaddaşa verilmiş “Üstünlüklər” funksiyası da mövcuddur.

EDS bir axtarış qutusu vasitəsilə kitabxananın elektron resurslarına sürətli və asan çıxış imkanı yaradır. EDS ilə tədqiqat layihələri və digər tapşırıqları icra etmək üçün etibarlı məlumatları çevik surətdə əldə edə bilərsiz:


  • Tədqiqat işinə başlamaq üçün ehtiyacınız olan ilkin məlumatı əldə etmək üçün Research Starters (Topic Overviews); 
  • Xəritə, qrafik, şəkil, audio və video yazıların daxil olduğu zəngin multimedia; 
  • Çətinliklərlə üzləşən, yaxud ingilis dili öyrənənlər üçün HTML məqalələr üçün Text-to-Speech funksiyası; 
  • Məzmunun yaddaşda saxlanması və paylaşılması üçün şəxsi qovluqlar. 

Əlavə məlumat üçün kitabxanaçı ilə əlaqə saxlaya, yaxud EDS Dəstək Mərkəzi və “Ən çox soruşulanlar” (FAQs) bölməsinə baxa bilərsiz.



KİM Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbələri üçün təlim keçirdi

2018-ci il oktyabrın 18-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli və Kataloqlaşdırma bölməsinin müdiri Samirə Orucova Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbələri üçün “Kitabxana-İnformasiya Mərkəzindən istifadə qaydaları” adlı təlim keçirdi.

Təlimdə tələbələrə “Kitabxanadan istifadə qaydalar”,” Oxucu hesabının açılması”, “Elektron kataloq”, “Elektron arxiv”, “ Elektron məlumat bazaları” haqqında ətraflı məlumat verildi.






EBSCO Xəzər Universitetində təqdimat etdi

2018-ci il oktyabrın 17-si saat 15:00-da EBSCO İnformasiya xidmətinin nümayəndəsi cənab Douglas Heintz Xəzər Universitetində “EBSCO Discovery Service: axtarış, məzmun və XXI əsr kitabxanalarında proqram təminatı” adlı təqdimat keçirdi.

Təqdimatda Xəzər Universitetinin əməkdaşları, doktorantlar iştirak edirdilər. Hazırda EBSCO şirkəti tərəfindən Xəzər Universitetinin əməkdaşlarına faydalı resurslardan istifadə üçün 1 aylıq sınaq müddəti verilmişdir.






KİM Təhsil fakültəsinin I kurs tələbələrinə təlimi 

2018-ci il oktyabrın 16-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Aytac Misgərli və Samirə Orucova Təhsil fakültəsinin I kurs tələbələri üçün “Kitabxana-İnformasiya Mərkəzindən istifadə qaydaları” adlı təlim keçirdi.

Təlimdə tələbələrə “Kitabxanadan istifadə qaydaları”, “Oxucu hesabının açılması”, “Elektron kataloq”, “Elektron arxiv”, “Elektron məlumat bazaları” haqqında ətraflı məlumat verildi. 






Rəqəmsal Elektron Arxiv (DSpace) yeni versiyadan istifadə edir

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi Rəqəmsal Eektron Arxiv ( DSpace) 1,8-dən yeni versiya 6,2 versiyasına keçid etdi.

Elektron Arxiv Xəzər Universitetinin müəllimləri, işçiləri və tələbələrinin elmi tədqiqatlarının qorunub saxlanılmasını təmin edən Kitabxana İnformasiya xidmətidir. Açıq girişə kitablar, konfrans materialları, şəkillər, məqalələr, hesabatlar, tezislər, dissertasiyalar və s. daxildir.

Elektron Arxiv təkcə müasir və inkişaf edən məlumat, informasiya və kommunikasiya qaynağı deyil, həm də universitetin əhəmiyyətli rəqəmsal xidmətlərindən biridir. 

 Kitabxana İnformasiya Mərkəzi yeni nəşrlərinizi gözləyir.






“SpringerNature” nəşriyyat evinin nümayəndələri KİM-də oldular 

2018-ci il sentyabrın 20-də “SpringerNature” nəşriyyat evinin nümayəndələri Merve Okur Karagülle və Selin Şencanlı Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldular. Nəşriyyat və Kitabxana-İnformasiya Mərkəzi arasında faydalı resursların əlçatan olması barəsində danışıqlar aparıldı.

Növbəti aylarda tədqiqatçılar üçün “Məqalələrin necə yazılması” haqqında təqdimatın təşkil edilməsi planlaşdırıldı.











Fulbrayt təqaüdçüləri KİM-də 

2018-ci il sentyabrın 12-də Amerikanın Şərqi Kentukki Universitetinin Fulbrayt təqaüdçüləri Qaisar Sultana və Ron Smith Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzini ziyarət etdilər. Qonaqlar kitabxana fondu, yeni kitablar, Xəzər Universitetinin nəşrləri ilə tanış oldular.

Sonra ktabxana əməkdaşları ilə birgə təhsil və kitabxana mövzuları və problemləri ilə bağlı müzakirə etdilər. 










KİM Polpred.com resurslarından istifadə üçün ödənişsiz sınaq müddəti əldə etmişdir

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi 2018-ci il sentyabrın 5-dən 2019-cu il oktyabrın 15-dək Polpred.com resurslarından istifadə üçün ödənişsiz sınaq müddəti əldə etmişdir.

Polpred.com Rusiyanın əhəmiyyətli biznes nəşrlərinin ən böyük arxividir. Sayta hər gün minlərlə məlumat  yerləşdirilir. 

İstifadə üçün www.polpred.com saytına daxil ola bilərsiniz. 








Agape Universitetinin Kitabxana və İnformasiya Resurslar Şəbəkəsinə xoş gəlmisiniz

LIRNPortal-a giriş

Dünyaca tanınmış nəşriyyatların bir çox mövzularda elmi elektron kitabların axtarışı.

Kitabxana və İnformasiya Resurslar Şəbəkəsi abunəliyinə giriş üçün https://proxy.lirn.net/AgapeUniv linkinə keçid edə bilərsiniz

Əgər hər hansı sualınız yaranarsa, kitabxana əməkdaşlarına müraciət edə bilərsiniz.



ELAN 

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi kitabxana işçilərinə yardım etmək üçün vaxtı və həvəsi olan könüllülər axtarır. Əgər Siz özünüzü gərgin iş rejimində sadiq, çalışqan və etibarlı bilirsinizsə bizimlə çalışa bilərsiniz.

Könüllülərdən tələb olunur:

1. 3 və yaxud 4-cü kurs tələbəsi olmaları :

2. İngilis dili və kompyuter bacarıqlarının yaxşı olması

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində Sizi gözləyirik.

BİZƏ QOŞULUN. BİRLİKDƏ KİTABXANA GƏLƏCƏYİ QURAQ!


“Müasir oxucular niyə daha çox psixoloji və motivasiyaedici kitablara üstünlük verirlər?” adlı müzakirə oldu

2018-ci il mayın 18-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzi “Gəlin, birlikdə mütaliə edək” layihəsi çərçivəsində “Müasir oxucular niyə daha çox psixoloji və motivasiyaedici kitablara üstünlük verirlər?” adlı müzakirə keçirdi.

Tədbiri giriş sözü ilə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Esmira Hüseynova açdı. Xəzər Universitetinin məzunu psixoloq Leyla Qasımova müzakirədə iştirak etdi. Tələbələr mövzunun müzakirəsinə çox fəal yanaşdılar və maraqlı fikirlər bildirdilər.

Belə tədbirlərin mütəmadi keçirilməsini arzu etdilər.

               

KİM Humanitar və sosial elmlər fakültəsinin tələbələri üçün təlim keçirdi

2018-ci il aprelin 24-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Aytac Misgərli və Samirə Orucova Humanitar və sosial elmlər fakültəsinin tərcüməçilik ixtisasının tələbələri üçün “Elektron resurslardan necə faydalanmalı” adlı təlim keçirdilər. Təlimdə tələbələrə informasiya mənbələrinə asan giriş, axtarış üsulları və kitabxanada olan yeni xidmətlər haqqında məlumat verildi.


KİM-in əməkdaşı ANKOSLink-2018 konfransında iştirak etdi

2018-cil il aprelin 17-dən 20-dək Xəzər Unversiteti Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli Antalyada keçirilən ANKOSLink-2018 konfransında iştirak etdi. ANKOS-Universitet kitabxanalarının e-resurslara rahat girişini təmin edən Kitabxana-İnformasiya Konsorsiumudur. 

Konfransda 20 ölkədən 500-dən artıq nümayəndə iştirak etdirdi. ANKOSLink-in bu ilki mövzu başlığı “Araşdırmaya açılan qapı” – kitabxanalar idi. Bu konfransın məqsədi universitetlərin bir-birləri ilə hər keçən gün daha böyük rəqabətə girdikləri zamanda, araşdırmaçılar üçün kitabxanaçıların üstələyə bildiyi rolların müzakirəsi idi. Konfrans boyunca müxtəlif ölkələrin kitabxana nümayəndələri fikir mübadiləsi etdilər. Bütün konfrans boyu kitabxana sahəsində hazırda aktual olan mövzulara toxunuldu. Konfransda akademik kitabxanaların dəyişən rolları mövzusunda müzakirələr keçirildi. XXI əsrdə kitabxanaların öhdəlikləri, qarşıda duran problemləri müzakirə olundu. 

Sonda Azərbaycan kitabxanaları ilə daha sıx əməkdaşlığın qurulması məqsədilə toplantı keçirildi. 


“Gəlin birlikdə mütaliə edək”adlı tədbir baş tutdu

2018-ci il martın 16-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Gəlin birlikdə mütaliə edək”adlı tədbir keçirildi. Tədbiri Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Esmira Hüseynova giriş sözü ilə açaraq, mütaliə mədəniyyətindən danışdı.

Tədbirdə müasir dövrdə oxucuların ən çox müraciət etdiyi janrlardan bəhs edildi. Kitabxana-İnformasiya Mərkəzinin fəal oxucuları tədbirdə maraqla çıxış etdilər. Belə tədbirlərin onların mütaliə vərdişlərinin yüksəldilməsində böyük rolu olduğunu vurğuladılar. Bu tədbirlərin silsilə şəklində davam etdirilməsi planlaşdırıldı.

Sonda fəal oxuculara Kitabxana-İnformasiya Mərkəzi tərəfindən sertifikatlar təqdim edildi.


KİM-də “Gəlin birlikdə mütaliə edək” adlı tədbir keçiriləcək

2018-ci il martın 16-sı saat 16:00-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Gəlin birlikdə mütaliə edək” layihəsi çərçivəsində tədbir keçiriləcək. Tədbirin keçirilməsinin məqsədi tələbələrin mütaliəyə marağının artırılması və onlara oxu mədəniyyətinin aşılanmasının təbliğidir. 


Film about Khazar University