Coğrafiya və Ətraf Mühit




Coğrafiya və Ətraf Mühit Departamenti (GEN) coğrafiya sahəsində bakalavr dərəcələri təklif edir. Departamentdəki bütün dərslər müasir standartlara cavab verir. Yüksək kvalifikasiyalı mütəxəssis olmaları üçün bu departament Coğrafiya müəllimliyi ixtisasında təhsil alan tələbələrə lazım olan biliklər verir.  GEN  həm də iqtisadiyyat, mühəndislik, neft mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə fənlərarası dərslər təklif edir.

Tələbələr universiteti bitirdikdən sonra həm orta məktəblərdə müəllim kimi çalışa, həm də müxtəlif təşkilatlarda işləyə bilərlər.  Müasir dövrdə yüksək kvalifikasiyalı mütəxəssislərə ehtiyac getdikcə artdığından, departament öz kurrikulum materiallarını müasir standartlarla qurur.

Eyni zamanda GEN dünyanın aparıcı universitləri ilə əməkdaşlıq edir.