İngilis Dili və Ədəbiyyatı

İngilis dili və Ədəbiyyatı Departamentinin əsas vəzifəsi İngilis dilini dərindən öyrənməyi və onu cəmiyyətin bugünki tələblərinə əsasən tətbiq etməyi tələbələrə təlqin etməkdir. Departament tələbələrə İngilis dilinin tədrisi, Dilşünaslıq, tərcümə və Ədəbiyyatşünaslı sahələri üzrə təməl və əsaslə biliklər verir. Departament Xəzər Universitetində bütün fakültələrdə fəaliyyət göstərir. Departamentin proqramları tələbələrə İngilis dilində yüksək səviyyəyə qədər dili biliklərini inkişaf etdirməyə kömək edir. Departament bakalavr və magistr dərəcələri üçün proqramlar təmin edir. Bakalavr səviyyəsində tələbələr İngilis dili və ədəbiyyatını əsaslı öyrənməklə yanaşı ingilisdilli ölkələrin mədəniyyəti haqqında da geniş məlumat alırlar. Tələbələr İngilis dili və ədəbiyyatı, tərcümə, İngilis dili müəllimliyi ixtisasları üzrə praktik və nəzəri biliklərə malik olurlar.  Bu biliklər onları yüksək səviyyəli İngilis dili tələb olunan gələcək akademik tədris və iş imkanlarına hazırlayır.  Departament nəzəri biliklərlə yanaşı tələbələrə geniş təcrübə imkanları da yaradır. Bakalavr dərəcəsini bitirmiş tələbələr əmək bazarında dil bacarıqlarının üstünlüyünə görə seçilirlər.

Magistr dərəcəsi Tərcümə, Ümimi və tətbiqi dilçilik və Ədəbiyyatşünaslıq kimi sahələri əhatə edir. Burada magistrlara tədris olunan fənlər İngilis dilinin yüksək səviyyəsindədir. Bundan əlavə tələbələr tədqiqatın ilkin mərhələləri, tədqiqat işinin yazırlması, akademik yazı bacarıqları kimi biliklərə yiyələnir və öz sahələri üzrə mütəxəssis  kimi təhsil alırlar. Magist dərəcəsini bitirmiş tələbələr respublikanın qabaqcıl ali təhsil müəssisələrində əmək fəaliyyətinə başlayırlar.

Son bir ildə Departamentin nəzdində German dilləri üzrə PhD pilləsində tədris aparılır. Burada tələbələr German dilləri üzrə mütəxəssis kimi yetişirlər. Bundan əlavə hər bir tələbyə elmi işin yazılması üçün xarici ölkələrdən cəlb olunmuş mütəxəssislər rəhbərlik edirlər. PhD pilləsini başa vuran tələbələr öndə gedən ali məktəblərdə və xarici ölkələrdə ixtisaslarına uyğun işlə təmin olunmaqda çətinliklə üzləşmirlər.


Əlaqə:

Eynur Mehdiyev (MA)

Departamentin müdir müavini

Eynur Mehdiyev bakalavr dərəcəsini Azərbaycan Dillər Universitetində və magistr dərəcəsini Koventri universitetində (Birləşmiş Krallıq) almışdır. Onun 10 ildən çox tələbələrə və böyüklərə İngilis dilini tədris etmə təcrübəsi var. Hal-hazırda Xəzər universitetində İngilis dili və ədəbiyyatı departamentində müdir müavini vəzifəsində çalışır.

Ofis:  Neftçilər korpusu 313 (Köhnə bina)

Tel: (+994 12) 421 79 16 (281) 

E-mail: emehdiyev[at]khazar.org



Milana Abbasova (PhD namizəd)

Proqram Koordinatoru

Milana Abbasova həm bakalavr, həm də magistr təhsilini Azərbaycan Dillər Universitetində almışdır. O, Xəzər Universitetinin dissertantıdır. Milana Abbasova 10 ildən artıqdır ki, Xəzər Universitetində çalışır və  “Qrammatika”, “Dil tarixi”, “Sosiodilçilik” və digər fənləri tədris edir. O, hal-hazırda İngilis dili və ədəbiyyatı departamentinin proqram koordinatoru vəzifəsini icra edir.

Ofis:  Neftçilər korpusu 313 (Köhnə bina) 

Tel: (+994 12) 421 79 16 (230)                           

E-mail: mabbasova[at]khazar.org



Nuranə Fərhadova

Assistent

Təhsilini Qafqaz Universitetinin , Filologiya fakültəsində almışdır.Ərəb və Rus dilləri üzrə, bir sıra Tədris mərkəzlərində müəllim vəzifəsində fəaliyyət göstərib.2014-ci ildən bəri Xəzər Universitetinin, İngilis dili və ədəbiyyatı departamentində fəaliyyət gostərir. Hal-hazırda İsgilis dilində aparılan, danışıq kurslarının koordinatorudur.

E-mailnfarhadova[at]khazar.org

Ofis: Neftçilər korpusu 313 (Köhnə bina)

Telefon: (+994 12) 421 79 16 (230)