Əsas Təqdimatçılar

Prof. Dr. Mehmet Hakan Türkçapar 

1990-cı ildə Hacəttəpə universitetində tibb fakültəsində tibb üzrə magistr və bakalavr təhsilini bitirib. 1995-ci ildə Ankara Dışkapı xəstəxanasında doktorantura təhsilini uğurla başa vurmuşdur. 2012-ci ildən etibarən Professor ünvanını almışdır. O təkcə psixiyatriyaya deyil, sosial antropologiyaya da maraq duymuş və 2002 ci ildə Ankara universitetində bu sahə üzrə magistr dərəcəsi, 2009-cu ildə isə yenə bu sahədə doktorluq dərəcəsini almışdır. Mehmet Hakan Türkçapar elmi və peşəkar bir çox dərnəyin fəxri üzvüdür. O, Kognitiv Terapiya Akademiyasının, Amerika Zehni Davranış Terapiya Assosasiyasının, Amerika Psixiyatriya Assosiasiyasının, Qrup Psixoterapiyaları Dərnəyinin, Psixofarmakologiya dərnəyinin fəxri üzvü, Türkiyə Psixiyatriya Dərnəyinin qurucu üzvüdür. 1996, 1998-ci illərdə Psixiyatriya,Psixologiya, Psixofarmakologiya jurnalı tərəfindən ən yaxşı tədqiqatçı elan edilmiş və mükafata layiq görülmüşdür. Zehni davranış terapiyasında əsaslı dərs kitablarının, beynəlxalq jurnallarda sanballı tədqiqatların müəllifidir. Hal hazırda Hasan Kalyoncu Universiteti Psixologiya Bölümünün kafedra müdiri olmaqla yanaşı, elmi fəaliyyətini də davam etdirməkdədir.




Prof. Dr. Nilufər Voltan Acar

1974-cü ildə Hacəttəpə Universiteti Psixologiya və Sosiologiya bölümündən məzun olub. 1975-1980-ci illərdə Magistratura və Doktorantura təhsilini Hacəttəpə Universiteti Rəhbərlik və Psixoloji Konsultasiya ixtisasında tamamladı. 1980-1994 cü illər ərzində Psixodrama təlimləri apardı.1994 cü ildə psixodrama ilə əlaqədar tez yazaraq, Alman Moreno İnstitutunun Ankara Universiteti ilə birlikdə təşkil etdiyi psixodrama təhsilini yekunlaşdırdı və Psixodrama yönəticisi ünvanını aldı. 1997-2007-ci illər ərzində Hacəttəpə Universiteti Rəhbərlik və Psixoloji Danışmanlıq bölümünün müdiri və Hacəttəpə Gənçlik Tədqiqat və Tətbiq mərkəzi müdürlüyündə fəaliyyət göstərdi. 2003-2004 Cliveland Gestalt İnstitunun müəllimi,Dr.Kepner tərəfindən verilən 214 saatlıq “Bədən funksiyalarında Gestalt Terapiya” adlı təlimi uğurla başa vurdu.2001-2004-cü illərdə Gestalt təlimi İnstitutundan mütəxəssis sertifikatını aldı. 1995-2002-ci illərdə Gestalt terapiyasını tamamlayaraq,Gestalt təlimçisi ünvanını aldı. 1995-ci ildə Hacəttəpə Universitetində Professor oldu. Amerikan Psixoloqlar Dərnəyinin, Beynəlxalq Psixoloqlar Konseyinin, 1996-2003-cü illərdə Türk Psixoloji Xidmət və Rəhbərlik Dərnəyinin qurucusu və rəhbəri, Beynəlxalq Məktəb Psixologiyası Dərnəyinin fəxri üzvüdür. Hal-hazırda Ankara TED universiteti Təhsil fakültəsinin dekanı olaraq fəaliyyətini davam etdirir. Qrupla psixoloji konsultasiya, qrup dinamikası, psixoloji konsultasiyada ünsiyyət bacarıqları, psixoloji konsultasiyada nəzəriyyələr və tətbiqi, Gestalt terapiyası maraqlandığı və tədqiq etdiyi sahələrdir.



Dos. Dr.Ejder Akgün Yıldırım

1997-ci ildə Cərrahpaşa İngiliscə Tibb Fakültəsindən məzun oldu.Eyni ildə Bakırköy Ruhi sağlıq və Sinir Xəstəlikləri Təhsil və Tədqiqat Xəstəxananın 2.Nevroz bölümündə fəaliyyətə başladı. 2002-ci ildə rezidenturanı tamamladı və eyni bölümdə baş asistant olaraq fəaliyyətinə başladı. 1999-cu ilində İstanbul universiteti Cərrahpaşa Tibb Fakültəsində Fiziologiya sahəsində doktorantura təhsilinə başladı və 2004-cü ildə doktaranturanı uğurla başa vurdu. 2006-cı ildə Psixodrama terapisti ünvanını aldı. Koterapist olaraq Prof. Dr.Arşaluys Kayırla birlikdə işlədi. 1997-ci ildə Doç.Dr.Ali Babaoğlunun yanında qrup terapiyaları təhsilinə başladı. 200 saat Foulkes tipi dinamik qrup terapiyası sonrasında xarici ölkə terapistlərindən Balint qrupları, Klinik qruplar, Jungien Psixodrama təhsili aldı. 1999-da Böyük Mərmərə zəlzələsində Halıdərə sağlıq mərkəzinin rəhbəri kimi işlədi. 2000-2001 Türk Həkimlər Birliyinin cəzaevləri müşahidəçisi olaraq fəaliyyət göstərdi. 2005 ilində Cinsi Müalicə və Tədqiqat Dərnəyinə cinsi terapist kimi qəbul edildi. 2012-ci ildə psixiyatriya dosenti oldu. Türk Psixiyatriya Dərnəyinin Dinamik Dəstəkləyici Psixoterapilər təlimçisi, Avropa Seksologiya Federasiyasının fəxri sertifikat sahibi, Türk Nevropsixiyatriya Dərnəyinin və Cinsi Təhsil,Müalicə və Tədqiqat Dərnəyinin elmi şöbəsində aktiv fəaliyyət göstərir. Hazırda Bakırköy Ruhi Sağlıq,Təhsil və Tədqiqat Xəstəxanasında Psixoterapiya təhsili və müalicə mərkəzinin koordinatoru olaraq fəaliyyətinə davam edir. Hal hazırda Özbək Psixodrama İnstitutunun təlimçilərindən olub, 2000 saatlıq qrup psixoterapiyası, qrup dinamikaları, sosial fobiya qrupları, üst səviyyə xəstə qrupları ilə təcrübəyə sahibdir.



Prof. Dr. Ebru Çengel Kültür

O, 1996-cı il Hacəttəpə universitetinin tibb fakültəsindən məzun oldu. 2002-ci ildə Hacəttəpə Universiteti Uşaq Ruh Sağlığı və Xəstəlikləri bölümdə ixtisasını tamamladı. 2002-2006-ci illər arasında eyni bölümdə akademik karyerasını davam etdirdi.2006-cı ildə Dosentlik ünvanını aldı. Kanadada Toronto Universitetinin xəstə uşaqlar üçün xəstəxanasının “Uşaq və Yeniyetmə Psixiyatriya” şöbəsində “Diqqət əksikliyi və hiperaktiv pozuntu və onunla əlaqəli xəstəliklər” sahəsində 4 aylıq klinik müşahidə və tədqiqat işi apardı. 1997-1999-cu illər arasında Prof. Dr. Leyla Zileli tərəfindən aparılan və “Psixiyatriya Assistentləri və Mütəxəssisləri Dərnəyi” tərəfindən təşkil edilən “Psixodinamik Psixiyatriyanın əsasları” adlı təlimi almışdır. Klinik Psixologiya Doktorantura proqramında xüsusi tələbə olaraq Prof. Dr. Psk. Ferhunde Öktem tərəfindən aparılan “oyun terapiyası” təhsilini, 2003-cü ildə Ankara Üniversiteti Davamlı Təhsil Mərkəzi tərəfindən təşkil edilən “Ailə terapiyaları” təhsilini tamamlamışdır. 

1998-2004-cü illər arasında Türkiye Qrup Psixoterapiyaları Dərnəyinin Dr. Abdülkadir Özbek Psikodrama İnstitutu daxilində “Psikodramatik Sosyometrik Qrup Terapiyası” təhsilinin ilk mərhələsini uğurla başa vurdu. 2004-2005-ci illəri arasında Uşaq və Gənçlik Ruh Sağlığı Dərnəyinin idarəçiliyində fəaliyyət göstərdi, 2010-cu ildə körpə uşaqların ruh sağlığı komisiyasının üzvü olaraq Yrd. Doç. Dr. Koray Karabekiroğlu'nun proyektində iştirak etdi və "Türkiyənin Erkən Uşaqlıq Dönəmi (1-3 Yaş) Ruh Sağlığı Profilinin Müəyyən edilməsi" tədqiqatı ilə Prof. Dr. MUALLA ÖZTÜRK UŞAQ RUH SAĞLIĞI MÜKAFATINA layiq görüldü. Hal-hazırda Hacəttəpə Universiteti Uşaq və Yeniyetmələr Ruhi Sağlığı şöbəsinin rəhbəridir. Peşə maraqları diqqət əksikliyi, hiperaktivlik, uşaqlıq və körpəlik dövrü psixopatologiyalarıdır.



Prof. Dr. Frederick P.Bemak

1970-ci ildə Boston universiteti Psixologiya Bölümündən məzun oldu. 1971-75-ci ildə Massachusett universitetinin Psixoloji Konsultasiya sahəsi üzrə magistr və doktarantura təhsilini başa vurdu. 1974-cü ildə Massachusettsdə təlimçi-psixoloq, 1977-ci ildə Berkhire Kolecində, 1978-81-ci illərdə Kambric Kollecində, 1982-1986-cı illərdə Antioch Universitetində, 1987-1989-cu illərdə Marian Kolecində, 1982-1990 Massaçusetts universitetində, 1991-2000-ci illər ərzində Johns Hopkins universitetində müxtəlif vəzifələrdə işləmişdir. 1997-2000 ci illərdə Ohio universitetində, 2008-ci ildə qonaq professor kimi Queensland (Avstraliya) universitetində, 2010-cu ildə Edinburgh universitetində, 2013-cü ildən bu yana George Mason Universitetində akademik fəaliyyətini davam etdirir. O, mədəniyyətlər arası psixoloji konsultasiya, qrup konsultasiyaları, qaçqın və məcburi köçkünləri zehni sağlamlığı və adadptasiyası mövzularında tədqiqatlar aparıb.Yeddi kitabda müxtəlif mövzularda tədqiqatlarını çap etdirib. Bemak çox mədəniyyətlilikdə sonrakı addımlar, Peşə Mükəmməliyinə səyahət, Psixoloqların həyatında Cəsarət, İnnovasiya və risk hekayələri, şiddət və aqressiv gənçlik,zamanı dəyişdirməyə müdaxilə strategiyaları,empatik terapiyanın xüsusiyyətləri kimi mövzularda müxtəlif kitablarda yazılar yazdı. 55 ölkədə beynəlxalq təhsil və konsultasiya xidmətləri verir. https://cehd.gmu.edu/people/faculty/fbemak/

Film about Khazar University