Təhsil

Xəzər Universiteti Təhsil departmentinin əsas məqsədlərindən biri müasir təhsil elminin nailiyyətlərini yaxından təqib edən, cəmiyyətin və  ölkənin təhsil sistemində ehtiyac duyulan idealist və yüksək səviyyəli bacarıqlara ( high-level proficiency) sahib peşəkar müəllimlər və mütəxəssislər yetişdirən, təhsil elminin müxtəlif sahələrində araşdırma və tədqiqatlar aparan, təhsil sahəsində həm ölkə həm də dünya  miqyasında ixtisaslaşmış bir departament olmaqdır.

Müxtəlif ixtisas qruplarında bakalavr pilləsində müəllim hazırlığı aparan departament, eyni zamanda təhsilin idarəedilməsi, təhsil fəlsəfəsi və tarixi, təhsilin əsasları, təhsil proqramları, kurikulum, qiymətləndirmə kimi təhsil elminin müxtəlif sahələrində tədqiqatlar aparan mütəxəssislərə magistr və əlavə təhsil, ixtisasartırma proqramları təklif edir.