Təmir-tikinti şöbəsi

Xəzər Universitetinin Təmir, tikinti və təchizat şöbəsi, Universitetin, şəhərin müxtəlif yerlərində yerləşən bir neçə tədris korpusları, yataqxana binası və dincəlmə məkanlarının əsaslı tikintisi, əsas təmiri,cari təmiri və təhsilin yüksək səviyyədə keçirilməsi üçün müasir tələblərə və stanadartlara cavab verən tədris avadanlıqlarının təchizatı ilə  məşğul olur. Xəzər universitetinin yaranmasından bu günə qədər şöbəmizin gördüyü əsaslı işlər qısaca olaraq təqdim edirik.

1995-ci tədris ili üçün, Şəhərin Nizami rayonunda, Məhsəti küçəsi 41-də yerləşən Neftçilər kampusunun əski binasını müasir standartlara cavab verən şəkildə təmir etmiş hər il binanın müxtəlif yerlərində yarana xırda çatışmazlıqları ən qısa zamanda aradan qaldırır.

2001/2002-ci tədris ili üçün, şəhərin Yasamal rayonunda, B.Səfəroğlu küçəsi 122-də yerləşən tədris korpusu və Konfrans-konsert salonu inşa edilərək istifadəyə verilmişdir.

2008/2009-cu tədris ili üçün Neftçilər kampusunun yeni tədris binası bizim şöbənin bilavasitə iştirakı ilə inşa edilərək istifadəyə verilmişdir.

2014/2015-ci tədris ili üçün şəhərin Binəqədi rayonunda, Ə.Naxçıvani 9 ünvanında, Universitetin və Universitetin nəzdində yaranmış Dünya məktəbi üçün dörd binadan ibarət tədris kampusu inşa edilərək istifadəyə verilmişdir .

Hal-hazırda isə Şəhərin Xəzər rayonu ərazisində, Buzovna qəsəbəsində, Dəniz kənarıda, Universitet və Dünya məktəbinin müxtəlif səpkili tədbirlərinin, konfrans və seminarlarının keçirilməsi üçün, İşçilərimizin boş vaxtlarını səmərəli keçirmələri və dincəlmələri üçün möhtəşəm kompleksin inşası üzərində işlər gedir. Kompleksin tam təhvili 2018-ci ilin yaz ayları üçün planlaşdırılır.


Əlaqə

Şahin İsayev

Təmir-tikinti şöbəsinin müdiri

E-mail: shisayev[at]khazar.org

Telefon: (+994 12) 421 10 93 (218)





Ümid Əlizadə

Assistent

E-mail:  aumid[at]khazar.org