Təsərrüfat şöbəsi

Xəzər Universitetinin təsərrüfat şöbəsinin öhdəlikləri aşağıdakılardır:

1. Xəzər Universitetinin maddi-texniki bazasına məsul şəxs olaraq inventar və texniki vasitəslərə maddi məsuliyyət daşımaq

2. Texniki heyətin əmək fəaliyyətinə nəzarət edilməsi (səliqə-səhman, təmizlik, tabel, iş qrafiklərinin təsdiqi)

3. Əmək öhdəliklərinin yerinə yetirilməsi üçün texniki işçiləri tələb olunan vasitələrlə təmin edilməsi

4. Binanın dizaynının təmin edilməsi və nəzarət edilməsi

5. Xəzər Universitetinin yaşıllaşdırma işləri ilə məşğul olunması və nəzarət edilməsi

6. Universitetin bütün tədbirlərində texniki xidmət göstərilməsi

7. Universitetin işçilərinin dəftərxana ləvazimatları ilə təchiz edilməsi və onların istifadəsinə nəzarət edilməsi

8. Universitetin bütün şöbə və auditoriyalarında təmirə ehtiyacı olan əşyaların, şöbənin nəzarəti altında təmir olunması

9. Anbarın idarə edilməsi

10. Yataqxanaya gələn təsərrüfat mallarının qəbulu və göndərilməsi


Əlaqə

Məleykə Hüseynova

Təsərrüfat işləri üzrə menecer

Telefon: (+994 12) 421 10 93 (265)