İnformasiya sistemləri şöbəsi

İnformasiya Sistemləri Şöbəsinin əsas işi Tələbə Məlumat Sistemi proqram təminatının inkişafını və tətbiqini təmin etməkdir.

SIMS tələbə informasiya idarəetmə sistemidir. Sistemin məqsədi başqa heçbir proqram təminatına ehtiyac duymadan universitetin bütün akademik tələblərini ödəməkdir.

Azərbaycam təhsil sisteminə tamamilə uyğun olaraq hazırlanan sistemdə tələbələrin ilk qeydiyyatından məzunluqlarına qədər olan bütün növ məlumatları saxlanılır və ehtiyac olduğunda çox rahat şəkildə əldə edilə bilər.

Tələbələr də öz növbələrində tələbə kodları ilə sistemə daxil olaraq təhsil müddətincə olan akademik məlumatlarını izləyə bilərlər.

Heç bir əlavə əməliyyat yerinə yetirmədən sistemdən istənilən statistik hesabatları çıxarmaq mümkündür. Statsitik məlumatlardan əlavə sistem üzərindən təklif olunan anketlər vasitəsilə ilə tələblərin müxtəlif məsələlərə münasibətini öyrənmək olar.

Hal-hazırda Xəzər Universitetində istismar olunan “SIMS” bir universitetin bütün akademik ehtiyaclarına cavab verən yüksək səviyyəli informasiya sistemidir.


Əlaqə

Rəşad Xalıqov

İnformasiya Sistemləri şöbəsinin müdiri

E-mail: khaligov[at]khazar.org

Telefon: (+994 12) 421 10 93 (269)


Film about Khazar University