Dillər və Mədəniyyətlər



Dillər və mədəniyyətlər departamenti 2015-cil may ayının 1-də Şərq Dilləri və Dini Araşdırmalar departamenti və Müasir Dillər və Müqayisəli Ədəbiyyat departamentinin əsasında yaradılmışdır. Dillər və mədəniyyətlər departmenti dünya dilləri və mədəniyyətlərini öyrənmə imkanı yaradır. Department alman, fransız, ispan, italyan, rus və digər Qərb dilləri o cümlədən çin, koreya, türk, ərəb, fars, ivri və urdu kimi Şərq dillərinin tədrisini həyata keçirir. Department həmçinin Şərq və Qərbin qədim və müasir mədəniyyətlərinin tədris və tədqiqi ilə məşğul olur. 


">Departmentin əsas hədəfləri aşağıdakılardır.



  • Tələbələrin dörd dil bacarığını (danışıq,dinləmə,oxu, və yazı) təkminləşdirməklə müasir Şərq və Qərb dillərini mənimsəmə qabiliyyətini inkişaf etdirmək

  •  İnteqrativ təhsil, tənqidi yanaşma; həmçinin mədəniyyət, din və cəmiyyətlərin analitik araşdırılması vasitəsilə tələbələrin mədəni-tarixi bilikləri və dünyanın mədəni müxtəlifliklərini qavrama qabiliyyətini inkişaf etdimək


  • Xarici dillərin tədrisində və mədəniyyətlərin araşdırılmasında yeni təşəbbüslərlə bağlı tədqiqatlar və müxtəlif proqramlar həyata keçirmək