Departament Xəbərləri

“Xocasən gölünün su balansı” mövzusunda seminar keçirildi

06.12.2017 tarixində Xəzər Universiteti Coğrafiya və ərtaf mühit departamentinin təşkil etdiyi “Xocasən gölünün su balansı” mövzusunda seminar keçirildi. Seminarda “Təmiz Şəhər” ASC-dan Sabit Zeyniyev, “Milli Elmlər Akademiyas”ının nümayəndələri Rövşən Kərimov, Məhəmməd Abduyev, Elnur Səfərov, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”ndən Asif Verdiyev, “Azərsu” ASC-dan Rəşail İsmayılov, Vüsal Poladov, “Socar”dan Tural Məhərrəmov, Ramin Hüseynli, “Caspian Geomatics” şirkətindən Elvin Alıyev, “Milli Hidrometerologiya Departamenti”ndən Vasif Yahyayev iştirak etmişdir. Sonda Rövşən Abbasov qonaqlarımızın suallarını cavablandırdı.


Departamentin müdiri Dünya Bankının və Təmiz Şəhər ASC-nin əməkdaşları ilə görüşdü

04.12.2017 tarixində Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Təmiz Şəhər ASC-nin əməkdaşları Etibar Abbasov, Səbuhi Mehdizadə, Sabit Zeyniyev və Dünya Bankının əməkdaşı Gülana Hacıyeva ilə görüşmüş və Xocəsən gölünün su balansı problemlərini müzakirə etmişdir.

Film about Khazar University