Yataqxana

Xəzər Universitetinin yeni tələbə yataqxanası həm yerli, həm də əcnəbi tələbələr üçün mebelli rahat yaşayış şəraiti təklif edir.


Yer:

Xəzər Universitetinin "Neftçilər" kampusuna (3 dəq piyada məsafə) və "Neftçilər" metro stansiyasına (10 dəq piyada məsafə) yaxın ərazidə yerləşən yataqxana bir sıra xidmətlər təklif edir.


Avadanlıq və xidmətlər:


  • Hər otaqda yataq, kiçik siyirtmə, paltar şkafı və stol var
  • Ayaqyolu və hamam: ümumidir, otaqlardan bayırda yerləşir
  • Mətbəx: mətbəx və saxlama (soyuducu) avadanlıqları ilə təchiz olunmuş ümumi mətbəx/bufet ərazisi
  • Paltaryuyan maşın (quruducu ilə), ütü və s. təchiz olunmuş camaşırxana
  • Ümumi istirahət otağı: komputerlər, televizor, divan olan bu otaq sizin və qonaqlarınızın rahatlığını təmin edir
  • İnternet: bütün yataqxananı əhatə edən WI-FI
  • Saxlama otağı
  • Sakit ərazidə yerləşən dərs otağı

Yataqxanada təhlükəsizlik:


Yataqxana tələbə və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. 

Bina 24/7 video nəzarətdədir və təhlükəsizlik işçiləri var.


Qiymətlər:

Bir nəfər üçün aylıq ödəniş:

əcnəbi tələbələr 120-150 ABŞ dolları, yerli tələbələr 150-200 AZN


Gülərüz və yardımsevər yataqxana personalı sizin xidmətinizdədir.


Əlaqə:

Ofis:    (012) 422 28 17 

            (012) 422 28 06

Mobil: (055) 223 47 37