Kompüter elmləri və Kompüter mühəndisliyi

Kompüter Elmləri Departamenti Kompüter Elmləri və Kompüter Mühəndsiliyi sahəsində elastik və innovativ bakalavr, magistratura və fəl. d. pillələri üzrə program təklif edir. 












Kompüter Elmləri nə haqdadır? 

Kompüter Elmləri kompüter və hesablama sistemlərini öyrənən bir sahədir. Elektrik və kompüter mühəndislərindən fərqli olaraq, kompüter üzrə elmi işçilər əsasən proqram və proqram sistemləri ilə məşğul olur. Buraya nəzəriyyə, dizayn, təkmilləşdirmə və tətbiqetmə daxildir.








Kompüter Elmlərində əsas tədqiqat sahələrinə kompüter sistemləri və şəbəkələri, təhlükəsislik, kriptoqrafiya, süni intellekt, verilənlər bazası sistemləri, insan-kompüter qarşılıqlı əlaqəsi, görmə və qrafika, ədədi üsullar, proqramlaşdırma dilləri, proqram mühəndisliyi, bioinformatika və formal dillər və avtomatika nəzriyyəsi daxildir. 








Proqramlaşdırmanı bilmə kompüter elmlərinin öyrənilməsində vacib olsa da, bu sadəcə bu sahənin bir ünsürüdür.  Kompüter üzrə elmi işçilər proqramları həll etmək və kompüterin avadanlıq və proqram təminatının effectivliyini öyrənmək üçün algoritmlər işləyir və təhlil edirlər.










Rəqamsal əsrin kompüter üzrə elmi işçilərə ehtiyacı var.
Xoşunuza gəlsə də gəlməsə də siz Rəqəmsal Əsrdə yaşayırsınız. Kompüter programları həyatımızın hər sahəsinə nüfuz edir. Kompüter üzrə elmi işçilər hər gün istifadə etdiyimiz proqramalar üçün nəzəriyyə yaradır, layihələndirir, təkmilləşdirir, proqram təminatı və avadanlıqlar tətbiq edir.









Kompüter elmlərindən məzun olan tələbələrin əla iş perespektivləri vardır. 

Statistikaya görə kompüter elmləri üzrə təhsil alan tələbələrin universiteti bitirdikdən sonrakı altı ay ərzində professional şəkildə işə qəbul olma imkanı kifayət qədər yaxşıdır.








Çoxmillətli kollektiv

Kompüter elmləri departamentləri adətən çoxmillətli kollektivə malik olmalarından yararlanırlar. Çoxmillətli kollektiv, sizin müxtəlif mədəniyyətlərlə tanış olmanız və potensial olaraq gələcəkdə istifadə etmək üçün beynəlxalq əlaqələr şəbəkəsi ilə universitetdən məzun olmanız deməkdir.











Kompüter üzrə elmi işçilərə sənayenin hər bir sahəsində ehtiyac vardır.

Sənayenin hər bir sahəsində kompüterlərdən istifadə edilir. Təbii olaraq kompüter üzrə elmi işçilər də hər hansı bir sahədə işləyə bilərlər.  Elmdə, mühəndislikdə, səhiyyədə və bir çox başqa sahələrdə olan problemlər kompüterlər vasitəsi ilə həll edilə bilərlər. Həllin necə olduğunu tapmaq və tətbiq etmək üçün proqram təminatını işləmək kompüter üzrə elmi işçidən asılıdır.











Kompüter elmləri üzrə dərəcə mənə hansı karyera imkanları verir? 

Bir çox insan səhvən kompüter elmləri üzrə karyeranın tamami ilə proqramlaşdırma ilə əlaqədar olduğuna inanır. Halbuki, bakalavr pilləsindən sonra ilk işlərin çoxu proqlamlaşdırma ilə əlaqədar olsa da, praktikantların çoxu sonda layihələndirmə, kordinasiya, sınaq, planlamalaşdırma və idarəetmə kimi digər vəzifələrə keçirlər. Beləliklə, siz adətən bakalavr dərəcəsini əldə etdikdən sonra proqram mühəndisi kimi işləməyə başlayırsız, daha sonra (təqribən 5 il iş təcrübəsindən sonra) daha yüksək vəzifələrə keçirsiniz. Qabaqcıl kurs və magistr dərəcəsi ilə qabaqcıl kursunuzu istifadə edəcəyiniz ixtisaslaşma sahəsində işləyə bilərsiz. Məsələn, Disney kimi bir animasiya geyimlərində işləmək üçün kompüter qrafikası üzrə ən azı 2-3 kurs tələb olunur. Nəhayət, doktorluq dərəcəsi olanlar elmi tədqiqat labaratoriyaları, böyük korparasiyaların tədqiqat müəssisələri yaxud universitet kimi elmi-tədqiqat mühitlərində işləyə bilərlər.










Kompüter elmləri sahəsində insanlarla işləmə bacarıqları tələb edən işlər varmı, yoxsa bütün gün ekrana zillənəcəm?

Kompüter elmləri sahəsində bir çox iş insanlarla işləmə və təsiretmə bacarıqları tələb edir. Başlanğıc səviyyəli proqram mühəndisi vəzifəsindən başqa demək olar ki hər bir korporativ vəzifə insanlarla işləməyi tələb edir. Proqramın yaradılması çox zaman komanda işidir və proqram təminatı şirkətləri hər hansı başqa növ şirkət kimidir. Beləliklə, əgər sizin karyera yolunuz belədirsə, siz kabinənizdə tək oturub ekrana zillənməyəcəksiz. 

 











Kompüter Elmləri elmin digər sahələri ilə birləşdirilə bilərmi?

  • Biologiya ilə ikili ixtisas bioinformatikada karyeraya yol aça bilər.
  • İqtisadiyyat ilə ilə ikili ixtisas kompüter simulyası vasitəsi ilə iqtisadi problemləri həll etməyə kömək edə bilər. 
  • Siyasi elmlər yaxud cinayət prosessual hüquq ilə ikili ixtisas təhlükəsislik və informasiya siyasətində karyeraya yol aça bilər.
  • Təsviri incəsənət ilə ikili ixtisas animasiya sahəsində karyeraya aşkar şəkil təsir edir. 
  • Biznes ilə ikilli ixtisas İT-nin (İnformasiya Texnologiyaları) bəzi sahələrində karyeraya yol aça bilər.










Kompüter Elmlərində uğur əldə etmək üçün nə etmək lazımdır? 

Kompüter elmləri məsələ həletmənin unikal növü haqdadır: hesablamadan istifadə edərək məsələlərin yaradıcı həlli. Əgər siz yaradıcı insansınızsa, tapmacanı, digər sahələrdə (mühəndislik, riyaziyyat, təbiət elmləri) məsələ həletməni sevirsinizsə, mücərrəd düşünmə qabiliyyətinizdən razısınızsa, birdən çox elm sahəsinin kəsişməsində işləmək istəyirsinizsə kompüter elmləri sizin üçündür.









Kompüter Elmlərinin hansı sahələri var? 

Kompüter şəbəkələri. Kompüter şəbəkəsi resurslardan qarşılıqlı şəkildə istifadə etməyə imkan verən iki yaxud daha çox kompüterlərin birləşdirilməsidir. Bu evdə, işdə, korporasiya daxilində və hətta beynəlxalq səviyyədə kompüterlər arasında edilə bilər. İnternet, kompüter şəbəkələrinə aid ən böyük nümunədir. Çünki, internet, məlumatları bölüşən minlərlə kompüter şəbəkələrini özündə ehtiva edir.






Kriptografiya və şəbəkə təhlükəsizliyi. Kriptoqrafiya yaxud kriptologiya düşmən olaraq adlandırılan üçüncü şəxslərin mövcudluğunda təhlükəsiz rabitə metodlarının tətbiqi və öyrənilməsidir. Daha ümumi olaraq, kriptoqrafiya üçüncü tərəflərin yaxud ictimaiyyətin şəxsi yazışamaları oxumasının qarşısını alan protokolların yaradılması və təhlili haqdadır; məxfilik, informasiyanın tamlığı, autentifikasiya və inkar-etməmə kimi informasiya təhlükəsizliyinin müxtəlif aspektləri müasir kriptoqrafiyanın mərkəzində yer alır. Şəbəkə təhlükəsizliyi kompüter şəbəkəsi və şəbəkəyə-açıq mənbələrə icazəsiz giriş, sui-istifadə etmə, modifikasiya yaxud imtina etmənin qarşısının alınması və nəzarət etmək üçün qəbul edilmiş qaydalar və təcrübələrdən ibarətdir. Şəbəkə təhlükəsizliyinə, şəbəkə admini tərəfindən idarə edilən şəbəkədəki məlumatlara girişə icazə aiddir.










Süni intellekt. Süni intellekt (Sİ) maşınlar tərfindən nümayiş etdirilən intellektir. Kompüter elmlərində, ideal “intellenktli” maşın, olduğu ətraf mühiti qavrayan və hərhansı hədəfdə müvəffəqiyyət əldə etmə imkanını maksimizə edən qərarlar qəbul edən çevik rasional icraedici qurğudur.  Başqa sözlə desək, “süni intellekt” termini bir maşının, insan zəkası ilə əlaqələndirilən “öyrənmə” və “problem həletmə” kimi “koqnitiv” funksiyaları təqlid etdiyi zaman tətbiq olunur.












Verilənlər bazası sistemləri. Verilənlər bazası məlumatların mütəşəkkil toplusudur. Bu, sxemlərin, cədvəllərin, sorğuların, hesabatların, fikirlərin və başqa obyektlərin toplusudur. Adətən məlumatlar reallığın aspektlərini modelləşdirmək üçün təşkil olunur, beləliklə müəyyən dərəcədə informasiya tələb edən prosesləri dəstəkləyir. Verilənlər bazası idarəetmə sistemi (VBİS) bir kompüter proqramı olub verilənlərin toplanması və təhlili üçün istifadəçi, digər proqramlar və verilənlər bazasının özü ilə qarşılıqlı əlaqədə olur.  Ümumi təyinatlı VBİS, verilənlər bazasının təyini, yaradılması, sorğusu, yenilənməsi və idarə edilməsi üçün yaradılmışdır. Tanınmış VBİS-ə MySQL, PostgreSQL, MongoDB, Microsoft SQL Server, Oracle, Sybase, SAP HANA və IBM DB2 daxildir.









İnsan-kompüter qarşılıqlı əlaqəsi. İnsan-kompüter qarşılıqlı əlaqəsi (adətən HCL adlandırılır) kompüter texnologiyasının layihələndirilməsi və istifadəsini tədqiq edir, insanlar (istifadəçilər) və kompüterlər arasındakı əlaqə üzərində təmərküzləşir. Bu sahədəki tədqiqatçılar həm insanların kompüterlərlə qarşılıqlı əlaqə şəklini tədqiq edir, həm də insanların yeni yollardan istifadə etməklə kompüterlərlə qarşılıqlı əlaqədə olmasına imkan verən texnologiyalar layihələndirir.









Kompüter görməsi və qrafika. Kompüter görməsi, fənlərarası bir elm sahəsi olub rəqəmsal şəkil vəya video vasitəsi ilə yüksək səyiyyəli dərk etməyə malik kompüterlərin hazırlanması ilə məşğuldur. Mühəndislik nöqteyi-nəzərindən  bu, insanın görmə sisteminin icra edə biləcəyi tapşırıqların avtomatlaşdırılmasına cəhd etməkdir.  Qrafika, məlumatın ötürülməsi üçün şəkillərin, diaqramların yaxud animasiyaların  yaradılmasının hər hansı bir metodudur. İnsanlığın ilk günündən vizual obrazlar vasitəsiylə vizuallaşdırma mücərrəd və konkret ideyaların ötürülməsi üçün effektli yol olmuşdur. Misal olaraq mağara rəsmlərini, Misir heroqliflərini, Yunan həndəsəsini və Leonardo da Vinçinin mühəndislik və elmi məqsədlərlə çəkdiyi texniki rəsmlərin inqilabi metodlarını göstərmək olar.








Ədədi üsullar. Ədədi üsullar riyazi analiz məsələləri üçün ədədi aproksimasiyanı istifadə edən alqoritmlərin öyrənilməsidir.















Proqramlaşdırma dilləri. Proqramlaşdırma dili təlimatların maşına, xüsusən də kompüterə ötürülməsi üçün nəzərdə tutulan formal kompüter dilidir. Proqramlaşdırma dilləri maşının işinə nəzarət edən yaxud alqoritmləri ifadə edən proqramların yaradılması üçün istifadə edilə bilər.








Proqram mühəndisliyi. Proqram mühəndisliyi (PM) mühəndisliyin sistematik metodla layihələndirməyə, işlənib hazırlanmaya, tətbiq etməyə, sınaqdan keçirməyə və proqramın istismar edilməsinə tətbiqidir.











Bioinformatika. Bioinformatika bioloji verilənləri anlamaq üçün metod və proqram əlatləri işləyib hazırlayan fənlərarası bir elm sahəsidir. Fənlərarası bir elm sahəsi kimi bioloji verilənləri təhlil və izah etmək üçün bioinformatika kompüter elmlərini, statistikanı, riyaziyyatı və mühəndisliyi üzündə birləşdirir. Bioinformatika, riyazi və statistik üsullardan istifadə edərək bioloji sorğuların “in silico” təhlili üçün istifadə edilir.  











Formal dillər və avtomatika nəzriyyəsi. Formal dillər və avtomatika nəzriyyəsi, nəzəri kompüter elmləri və riyaziyyatda bir sahə olub məsələlərin hesablama modeli əsasında alqoritmdən istifadə edərək səmərəli həlli ilə məşğul olur. Bu sahə avtomatlar nəzəriyyəsi və dillər, hesablama mümkünlüyü nəzəriyyəsi və hesablama mürəkkəbliyi nəzəriyyəsi olmaq üzrə üç əsas qola ayrılır. Bunların hər biri “kompüterlərin fundamental imkanları və məhdudiyyətlərini nədir?” sualını araşdırır.