İnşaat Mühəndisliyi


Rasim Bayramlı - Dosent

İnşaat Mühəndisliyi Departamenyinin rəhbəri

İnşaat mühəndisliyi üzrə fəl. e. d. (Moscow Asbestos and Cement Scientific Research Institute, Russia )



İnşaat mühəndisliyi depatamenti inşaat mühəndisliyi sahəsində hərtərəfli və əhatəli ali təhsil verir. Departament əsasən şəhərlər, binalar və sənaye məhsullarından ibarət olan təbii və süni sistemlərin öyrənilməsi ilə məşğul olur.

İnşaat mühəndisləri binaların, avtomobil yollarının, çirklənmə və çirkləndiricilərə nəzarət sistemlərinin, su resursları sistemlərinin, və s. dizayn və tikintisinə məsuldurlar. Bununla yanaşı onlar bu təsisatların planlanması, idarə edilməsi, istismarı və texniki xidmətinə görə də cavabdehdirlər. Əhalinin ümumi artımı və iqtisadiyyatın böyüməsi ilə əlaqədar olaraq, böyük binaların və tikinti komplekslərinin, iri həcmli nəqliyyat, su təchizatı və çirklənməyə nəzarət sistemlərinin layihələndirilməsi və tikintisi üçün daha çox inşaat mühəndislərinə eytiyac olacaq.

İnşaat mühəndisiliyi ilə bağlı problemlər mühazirə, praktikum və istehsalat təcrübələrində toxunulur. Burada əsas hədəf bilik, metodologiya, nəzəriyyə və bacarıqların birləşdirilməsidir.

Departament inşaat mühəndisliyində bakalavr və magistratura pillələri üzrə ali təhsil təklif edir.