Bioloji Elmlər

Bioloji Elmlər departamenti ilk dəfə Tibb fakültəsinin tərkibində 1992-ci ildə yaradılmışdır. 2010-cu ildən Bioloji Elmlər departamenti qeyd edilən fakültədən ayrılaraq Təhsil fakültəsinin tərkibinə daxil edilmişdi. Həmin ildən bakalavr tələbələri üçün Biologiya müəllimliyi kimi yeni ixtisas tədris olunmağa başlanılmışdı. 

Biologiya elmin çox maraqlı bir sahəsidir. Bizim departament yalnız yüksək keyfiyyətli tədris və mükəmməl təhsilin elmli və təhsilli ictimaiyyəti inkişaf etdirə və tənqidi düşünən vətəndaşlar yarada biləcəyini nəzərdə tutur. Bununla məzunlar gələcək nəsillərin əhəmiyyətli uğurlar qazanmasında elmin, xüsusilə biologiyanın vacib rolunu başa düşəcəklər. 

Bizim məqsədlərimiz biologiya anlayışını təbliğ etmək və tələbələrə Bioloji Elmlər üzrə Bakalavr təhsili üçün (BS) proqramlar təqdim etməkdir. 

Bu tədris proqramı həmçinin, kök hüceyrə biologiyası, ekologiya, radiobiologiya, biostatistika, immunologiya, tibbi biologiya, mərkəzi sinir sisteminin biologiyası və sairə bu kimi seçmə fənlərdən ibarət fundamental fənləri təqdim edir. 

Departamentin əsas məqsədlərindən biri də bakalavr tələbələrinə Bioloji Elmlərin müasir tədris-pedaqoji metodikalar ilə mənimsənilməsində köməklik göstərməklə yanaşı onlarda tədqiqat potensialını da üzə çıxarmaqdır. Çünki müasir dünyada Bioloji Elmlər elmdə ən önəmli yer tutur. 

Qeyd etmək lazımdır ki, departamentin yeni açılmış laboratoriyasında tələbələr ixtisas fənlərinə aid təcrübə dərslərini keçir və həmçinin sərbəst tədqiqat işlərini aparırlar. 

Həmçinin, Bioloji Elmlər departamenti biokimya, genetika, molekulyar biologiya, və immunologiya ixtisasları üzrə doktorantura proqramları da təklif edir.