KİTABXANA

KİTABXANA İNFORMASİYA MƏRKƏZİ 

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin kolleksiyası Azərbaycan, ingilis, rus, türk, ərəb, fars, alman, fransız, ispan, italyan, yapon, çin və digər müasir Avropa və Şərq dillərində olan iqtisadiyyat və menecment, mühəndislik və tətbiqi elmlər, təhsil, sosial elmlər, siyasi elmlərbeynəlxalq münasibətlər, hüquq, dil, incəsənət, arxitektura, fəlsəfə, ədəbiyyat, tarix, tibb və digər sahələrə aid çap və elektron materialları əhatə edir. Kitabxana materiallarının təxminən 75%-i ingilis dilindədir. Dünyada nəşr olunmuş dərsliklər, həmçinin Xəzər Universitetinin Nəşriyyatının nəşrləri kitabxanada geniş əks olunub. Xəzər Universitetinin KİM-in birdilli və ikidilli ensiklopediyalar da daxil olmaqla zəngin soraq-məlumat kolleksiyası var. KİM kolleksiyanın sayını yeni materiallar satın almaqla yanaşı, hədiyyə və müxtəlif qrantlardan əldə edilmiş materiallar hesabına da artırır.

KİM Azərbaycanda ingilisdilli dərslik və digər materiallara görə ən geniş kitabxana olmaqla yanaşı həmçinin ən böyük özəl universitet kitabxanasıdır.

İstifadəçilər onlayn kataloq vasitəsilə ingilis, Azərbaycan, rus və digər dillərdə olan kitab jurnal, dövri mətbuat, video yazılar və CD-ROM-ların axtarışını apara bilərlər. Universitet kitabxanası öz elektron kataloqu (http://webopac.khazar.org/wx/S.exe) vasitəsilə dünya üzrə mövcud e-kitab, e-jurnal, veb sayt və məlumat bazalarına onlayn girişi təmin edir. Xəzər Universitetinin elektron kataloqu həm çap olunmuş, həm də çap olunmamış kitab, jurnal, multimedia və elektron resurslar kimi materialların biblioqrafik yazılarını özündə əks etdirir.

Xəzər Universitetinin KİM məşğələlər, peşəkar konsultasiya və köməklik məqsədilə bir çox elektron resurslara girişi təmin edir. Xəzər Universitetinin Azərbaycan Kitabxana Konsorsiumunda fəal iştirakı nəticəsində EBSCO məlumatlar bazasına giriş və digər nəşriyyat şirkətləri ilə əldə olunmuş razılığa əsasən istifadə etmək mümkün olmuşdur.

Tədqiqatçılarına kömək məqsədilə KİM tərəfindən Xəzər Universitetinin Elektron Arxivi yaradılmışdır. Arxivə Xəzər Universitetinin və onlarla əməkdaşlıq edən tədqiqatçıların birgə apardıqları tədqiqat işləri daxil edilir. Bu kolleksiya Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi tərəfindən Dspace proqram təminatı vasitəsilə təşkil olunur, yaddaşa salınır və yayılır. Elektron arxivdən göstərilən ünvanda istifadə etmək olar: http://dspace.khazar.org Arxivdəki mateiallar universitetin tədqiqatçıları tərəfindən seçilir və universitetlə əməkdaşlıq edən digər tədqiqatçıların, əməkdaşların və tələbələrin maraqlarına cavab verir.


              


             

Film about Khazar University