Biotibbi Mühəndislik

Biotibbi texnologiyalar  - bu müasir elm sahəsi olaraq biosiqnalların emalı və modelləşməsi üçün xüsusi elektron vasitələrin yaradılması məsələsini həll edir və tətbiqi tədqiqatları təmin edir. Biotibbi texnologiyalar mühəndisliyi texnikanın və elmi biliklərin o sahəsinə aiddir ki, bu insan fəaliyyətinin sadalanan istiqamətləri üzrə üsul və metodlarını özündə cəmləşdirir: tibbi avadanlıq və aparat – proqram vasitələrinin tətbiqi ilə diaqnostik tədqiqatların və müalicə prosedurlarının təşkili və aparılması; bioloji laboratoriyalarda texniki vasitələrə, sistem və komplekslərə və tibbi avadanlıqlara xidmət göstərilməsi; diaqnostika və müalicə proseslərinin məlumat təminatı üçün biotibbi informasiyanın emalı, tibbi verilənlər bazasının yaradılması və təminatı, müasir tətbiqi proqramlar paketindən istifadə edilməsi.  

Biotibbi texnologiyalar mühəndisliyi üzrə bakalavırın fəaliyyət obyekti biotibbi tədqiqatların müxtəlif sahələrində mövcud olan cihazlar, sistemlər, komplekslər və əsas tibbi texnologiyalar, həmçinin informasiya emalıdır. O elektrik, kimya, mexanika və optika mühəndisliyinin ayrı-ayrı sahələrini özündə sıx birləşdirir ki, bunlar canlı substansiyanın tədqiqində texniki vasitələrin və metodların işlənib hazırlanması kimi ümumi fəaliyyət obyektinə malikdir.