Ümumi məlumat

Yaranma tarixi

Magistratura, Doktorantura və Elmi işlər bölməsi Rektorun T/16 nömrəli 2 aprel 2011-ci il tarixli əmrinə əsasən, kadr hazırlığı spektrini genişləndirmək, habelə tədqiqat işlərinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə yaradılmışdır.

Missiyası

Magistratura, Doktorantura və Elmi işlər bölməsinin missiyası iki mühüm məsələni əhatə edir:

  • Magistratura və doktorantura təhsili sahəsində işlər
  • Tədqiqat sahəsində işlər

 

Magistratura və doktorantura təhsili ilə bağlı şöbənin vəzifələri 

  • Magistratura, Doktorantura və Elmi İşlər bölməsi üçün web səhifənin hazırlanması
  • Bütün magistr və doktorant tələbələr və məzunlar üçün məlumat bazasının yaradılması
  • Tezis və dissertasiya yazılması haqqında təlimatlar hazırlamaq və onların saxlanılmasını təmin etmək
  • Magistr və Fəlsəfə doktoru proqramları barədə elanlar vermək  və bunu müvafiq şəkildə əlaqələndirmək
  • Magistr və Doktorant tələbələrin tədqiqat orientasiyasına köməklik etmək
  • Fakültə dekanları ilə hər bir dərəcə proqramı üçün fəaliyyət göstərən komissiya və komitələri əlaqələndirmək
  • Fakültə dekanları ilə əməkdaşlıq edərək  Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin işini təşkil etmək
  • Fakültə dekanları ilə birlikdə qəbul prosedurları hazırlamaq və elanlar vermək
  • Fakültə dekanları ilə birlikdə tezis və dissertasiya müdafiə komitələri ilə əməkdaşlıq etmək
  • Magistr və Doktroant tələbələr üçün məsləhət saatları təşkil etmək
  • Kurrikulumların hazırlanmasında fakültə dekanları ilə əməkdaşlıq etmək
  • Azərbaycanda magistr proqramlarının inkişaf etdirilməsinə dəstək göstərilməsi
  • Beynəlxalq magistr və doktorantların qəbulu
  • Bütün proqram və prosedurların Təhsil Nazirliyi ilə əlaqələndirilməsi
  • Magistratura, doktorantura təhsilinin innovasiyasında lider rolunu oynamaq, tələbələr üçün mükafatlar, mümkün maliyyə mənbələri tapmaq
  • Magistr, doktorant məzunların işləri ilə bağlı Universitet İnkişaf direktoru ilə əməkdaşlıq etmək
  • Nazirlik tərəfindən təşkil olunmuş və digər ictimai forumlarda universiteti təmsil etmək
  • Müvafiq milli və beynəlxalq qurumlarda iştirak etməklə universiteti təmsil etmək
  • Universitet rəhbərliyi, nazirlik, və s. üçün bütün lazımi hesabatların hazırlanması
  • Magistr və doktorantlar üçün beynəlxalq imkanların inkişaf etdirilməsi
  • Magistr və doktorantların  məzunluq mərasimlərinin əlaqələndirilməsi

 

 Tədqiqatla bağlı şöbənin vəzifələri 

  • Universitetin akademik heyəti arasında orijinal tədqiqat və təqaüd proqramlarının inkişaf etdirmək
  • Universitetin müəllim heyətinə qrantlar və digər mümkün tədqiqatlara qoşulmaqda dəstək vermək
  • Qazanılmış qrantların idarə olunmasında uyğun qurumlara yardım etmək
  • Bakalavr dərəcəsi üçün tədqiqatları dəstəkləmək və inkişaf etdirmək
  • Elmi konfransların təşkilində, fakültə və departamentlərlə birgə iş aparmaq
  • Cəmiyyətdə ehtiyac duyulan sahələrdə tədqiqatların aparılmasını (məsələn, neft sənayesi, enerji, özəl sektor, və s.) müəyyən etmək üçün dekanlarla birgə iş aparmaq
  • Universitetin nailiyyətləri və tədqiqat fəaliyyəti ilə bağlı elanlar hazırlamaq
  • Bütün müəllim və tələbələrə aid elmi nəşrlər, qrantlar və digər tədqiqat yönümlü fəaliyyətlərin qeydiyyatını aparmaq və saxlamaq
  • Universitet rəhbərliyi və nazirlik üçün bütün lazımi hesabatlar hazırlamaq
  • Tədqiqata dəstək potensialının inkişaf etdirilməsi ilə bağlı kitabxana ilə birgə iş aparmaq
  • Tədqiqatların  uğurla həyata keçirilməsi üçün zəruri hallarda müvafiq milli və beynəlxalq qurumlarda iştirakı təmin etmək.