Mexanika mühəndisliyi

Mexanika mühəndisliyi, kiçik hissələrdən və cihazlardan (məslən, mikroölçülü sensorlar, mürəkkəb-şırnaqlı çap qurğusu ucluqları) böyük sistemlərə qədər (məsələn, kosmik gəmi, maşın alətləri)  hər şeyi layihələndirən və istehsal edən bir sahədir. Mühəndis-mexanikin rolu hər hansı məhsulu ideyadan reallığa çevirməkdir. Bunu həyata keçirmək üçün birçox bacarıq tələb olunur. Bu səbəbdən mühəndis-mexanik xüsusi bacarılar və bilik əldə etməlidir. Bir məhsulu funksional, estetik və məruz qalacağı qüvvələrə və termal mühitə davamlı şəkildə layihələndirmək, onun istehsalının ən yaxşı yolunu müəyyən etmək və qüsursuz işləməsindən əmin olmaq üçün mühəndis-mexaniklərə, bu məhsulun, onun hissələrinin yaxud alt sistemlərinin qarşılaşacağı qüvvələri və termal mühiti başa düşmələri vacibdir. Bəlkə də, mühəndis-mexaniklərin xüsusi malik olduqları bacarıq hərəkətli obyektlərin və sistemlərin təhlil və layihələndirilməsi qabiliyyətidir.













Bu bacarıqlar praktik olaraq istehsal olunan hər bir şey üçün vacib olduğundan, mexanika mühəndisliyi ola bilsin ki, ən geniş mühəndislik sahəsidir. Mühəndis-mexaniklər aşağıdakılar da daxil olmaqla sənayenin hər bir sahəsində mühün rol oynayırlar:

  • avtomobil sənayesi (maşın şassilərindən onun hər bir alt sisteminə qədər – mühərrik, ötürücü, sensorlar);
  • aerokosmik sənayesi (təyyarələr, aviasiya mühərrikləri, təyyarə və kosmik gəmilərin idarəetmə sistemləri);
  • avtomatika (robotlar, məlumat və təsvir əldə etmə, tanınma, idarəetmə);
  • istehsalat (emal, dəzgahlar, prototipin yaradılması,  mikroölçülü cihaz və komponentlərin hazırlanması);
  • biotexnologiya (implantlar, protezlər, əczaçılıq sənayesi üçün maye sistemləri);
  • kompüterlər və elektronika (disk oxuyanlar, çap qurğuları, soyuducu sistemlər, yarımkeçirici  cihazlar);
  • mikroelektromexaniki sistemlər, yaxud MEMS (sensorlar, aktuatorlar, mikrogüc generatorları);
  • enerjinin çevrilməsi (qaz turbinləri, külək turbinləri, günəş enerjisi, yanacaq elementləri);
  • ətraf mühitin vəziyətinə nəzarət (İVK, kondisioner, soyuducu, kompressor).



























Sadə şəkildə desək, mexanika mühəndisliyi insan bədəni də daxil olmaqla hərəkət edən hər bir şeylə məşğul olur. Mühəndis-mexaniklər, mexaniki sistemləri başa düşmək üçün materiallar, bərk cismlər və maye mexanikası, termodinamika, istiliyin ötürülməsi, idarəetmə, nəzarət-ölçü cihazları, layihələndirmə və istehsalat haqda öyrənirlər. Mexanika mühəndisliyinin ixtisas fənlərinə biomexanika, qığırdaq toxuması mühəndisliyi, enerji çevrilməsi, materialların lazer vasitəsi ilə işlənməsi,  yandırılma, MEMS, mikromaye cihazları, çatlama mexanikası, nanomexanika, mexanizmlər, mikroelektrik gücün yaradılması, tribologiya (sürtünmə və aşınma) və vibrasiyalar daxildir. Amerika mühəndis-mexaniklər cəmiyyəti (AMMC) hazırki dövrdə qabaqcıl enerji sistemləri və aerokosik mühəndislikdən bərk tullantı mühəndisliyi və toxuculuq mühəndisliyinə kimi 36 texniki şöbəni siyahıya almışdır. Mexanika mühəndisliyi sahəsinin genişliyi tələbələrə yuxarıda sadalanan bəzi sənaye sahələrinə aid olmayan müxtəlif karyera imkanları verir. Məzun olduqdan sonra özləri üçün hansı konkret yolu təsəvvür etmələrindən asılı olmayaraq, aldıqları təhsil onları həyəcan verici məhsul yaxud sistem layihələndirməyə icazə verən kreativ düşüncə, layihələrinin hədəflərinə nail olmaq üçün analitik vasitələr, bütün məhdudiyyətləri aşma bacarığı və bir sistemin layihələndirilməsi, satışı və istehsalı üçün gərəkli olan komanda işi ilə təmin edəcək. Bu dəyərli bacarıqlar həmçinin tibb, hüquq, konsaltinq, idarəetmə, bankçılıq, maliyyə və s. sahələrdə karyera imkanı verir. Bu sahənin tətbiqi elmlər və riyazi yönləri ilə maraqlananlar üçün  mexanika mühəndisiliyində elmi dərəcə, elmi-tədqiqat və müəllimlik üzrə karyera imkanı yarada bilər.