Yataqxana

Xəzər Universitetinin yeni tələbə yataqxanası açıldı

Xəzər Universitetinin yeni tələbə yataqxanası həm yerli, həm də əcnəbi tələbələr üçün mebelli rahat yaşayış şəraiti təklif edir.

Yer: Xəzər Universitetinin Neftçilər kampusuna (3 dəq piyada məsafə) və Neftçilər metro stansiyasına (10 dəq piyada məsafə) yaxın ərazidə yerləşən yataqxana bir sıra xidmətlər təklif edir.

Avadanlıq və xidmətlər:

  • Otaqlar: şərik/ortaq otaq (bir otaqda minimum 2, maksimum 4 nəfər)
  • Hər otaqda yataq, kiçik siyirtmə, paltar şkafı və stol var
  • Ayaqyolu və hamam: ümumidir, otaqlardan bayırda yerləşir
  • Mətbəx: mətbəx və saxlama (soyuducu) avadanlıqları ilə təchiz olunmuş ümumi mətbəx/bufet ərazisi
  • Paltaryuyan maşın (quruducu ilə), ütü və s. təchiz olunmuş camaşırxana
  • Ümumi istirahət otağı: komputerlər, televizor, divan olan bu otaq sizin və qonaqlarınızın rahatlığını təmin edir
  • İnternet: bütün yataqxananı əhatə edən  WI-FI
  • Saxlama otağı
  • Sakit ərazidə yerləşən dərs otağı

Yataqxanada təhlükəsizlik: Yataqxana tələbə və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə  təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Bina 24/7 video nəzarətdədir və təhlükəsizlik işçiləri var.

Qiymətlər:

Bir nəfər üçün aylıq ödəniş (otaq növündən asılı olaraq):

Əcnəbi tələbələr: 90-140 ABŞ dolları, 

Yerli tələbələr : 120-170 AZN

Gülərüz və yardımsevər yataqxana personalı sizin xidmətinizdədir. Siz yataqxanamızda qarşılamağı səbirsizliklə gözləyirik.