Xəzər Psixoloji Xidmət Mərkəzi


https://www.facebook.com/xezer.psixolojixidmet.merkezi

29.02.16 tarixində Xəzər Psixoloji Xidmət Mərkəzinin açılış təqdimatı keçirilmişdir. Təqdimat mərasimində mərkəzin koordinatoru Mələk Kərimova  Xəzər Psixoloji Xidmət Mərkəzinin hansı zərurətdən ortaya çıxdığını və hansı xidmətləri nəzərdə tutduğu barədə ətraflı məlumat verdi. O bu mərkəzin  tələbələrə və kənar şəxslərə psixoloji xidmət və dəstək vermək üzrə Xəzər universitetinin rektorunun əmri əsasında yaradılan struktur  mərkəzlərdən biri olduğunu qeyd etmişdir. Mərkəzin  Universitetin nizamnaməsi və daxili qaydaları əsasında fəaliyyət göstərəcəyini bildirən Mələk Kərimova  mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar  təşkil ediləcəyini, elmi tədqiqat işləri aparılacağını,  universitetin  tələbələrinə (ödənişsiz) və eləcə də kənar şəxslərə (ödənişli)  psixoloji xidmət  və dəstək xidməti  veriləcəyini qeyd etmişdir. Prof.Dr. Hamlet İsaxanlı da mərkəzin açılışı ilə əlaqədar ürək sözlərini ifadə etmişdir. Təqdimat mərasimində iştirakçılardan gələn suallar cavablandırılmış və struktur bölmələr arasındakı işbirliyi vurgulanmışdır. Xəzər universiteti nəzdində fəaliyyət göstərən Xəzər Psixoloji Xidmət  Mərkəzi (XPXM) 2016-cu ildə yaradılmışdır. Mərkəz Xəzər universitetinin tələbə, müəllim, işçi heyəti ilə yanaşı, respublika səviyyəsində ictimaiyyətə müxtəlif istiqamətlərdə yüksəkkeyfiyyətli xidmətlər təklif edir. PMPM-nin işindən kimlər  yararlana bilər:

  • İstənilən yaş qrupuna aid olan insanlar;
  • Müxtəlif növdə psixoloji problemləri olan şəxslər;
  • Şirkətlər və korporasiyalar (fərdi və ya qrup halında seanslar)

Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzində işləyən mütəxəssislə  Avropa və ABŞ-da təhsil almış peşəkar psixoloqlardır. Bununla yanaşı, tez-tez xarici ölkələrdən dəvət olunmuş peşəkar psixoloqlar, mütəxəssislər bu mərkəzdə psixoloji məsləhət və psixoterapiya seansları keçirirlər. PMPM-ə müraciət edən şəxslərlə bağlı məlumatların tam anonim saxlamasına zəmanət verilir. 

PMPM-də müxtəlif psixoloji və sosial problemlərlə üzləşən insanlara aşağıdakı istiqamətlərdə yardım göstərilir: 

  • İnsanlarla münasibətdə yaranan problemlər
  • Təhsillə bağlı problemlər
  • Peşə planlaması
  • Cinsi terapiyalar
  • Fiziki və cinsi təcavüz
  • Qəzəbin öhdəsindən gəlmə
  • Stress
  • Depressiya
  • Panika
  • Həyəcan və qorxu (fobiyalar)
  • Məktəb və iş yerində yaranan problemlər
  • Imtahan həyəcanı
  •  Sosial fobiya                                                                             
  • IQ testlər
  • Bununla yanaşı mərkəz bir sıra digər işləri də həyata keçirir: 
  • Konfransların təşkili və psixologiyanın müxtəlif sahələrində tədqiqatlar aparmaq;
  • Psixologiya elminə töhfələr vermək
  • Psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün tədris və təcrübə imkanları yaratmaq