Tədbirlər

Məzunlarla görüş keçirildi

2017-ci il oktyabrın 19-da Xəzər Universiteti Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə universiteti 1996-1997-ci illərdə bitirmiş məzunlarla universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının görüşü keçirildi. Məzunları səmimi salamlayan professor Hamlet İsaxanlı onlarla yenidən görüşməkdən məmnun olduğunu bildirdi, Xəzər Universiteti ilə məzunlar arasında sıx əlaqələrin qurulmasının çox əhəmiyyətli və faydalı nəticələr verə biəcəyini vurğuladı. Məzunlardan “Primü Group LLC” şirkətinin rəhbəri Məmməd Abbasbəyli, GABEG Ltd” Şirkətinin təsisçisi və direktoru Yaşar İsgəndərov, “Barama K.M” Şirkətinin direktoru Yusif Hacıyev, “Caspian Breeze Travel” Turizm şirkətinin meneceri Murad Aslanov, “Bioworks” şirkətinin Xəzər regionu üzrə nümayəndəsi Yusif Məmmədli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Səadət Novruzova, “General Elektronics İnternational” şirkətinin meneceri Kamran Nəsirov, Azərbaycan Respublikası Təhsil İnstitutu Ali Təhsilin İnkişafı şöbəsinin baş mütəxəssisi Aydın Babayev, eləcə də Nigar Abbasbəyli və Svetlana Əsgərova çıxış edərək, öz fəaliyyətləri barədə geniş məlumat verdilər, tələbəlik illərinin bir çox xatirələrini bölüşdülər. Məzunların ilk müəllimlərindən olmuş Firəngiz Nəsirova, Nabat Məmmədova, Roza Arazova, Xəzər Universiteti Multimedia Mərkəzinin direktoru Natella Barkaya da məzunları uzun illərdən sonra yenə də “Xəzər”də birlikdə görməkdən sevinc və qürur duyduqlarını bildirdilər. Xəzər Universiteti Məzunlar Assosiasiyasının vitse-prezidenti Ramal Əhmədov assosiasiyanın fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Səmimiyyət və işgüzarlıq şəraitində keçən görüşdə Xəzər Universiteti ilə məzunlar arasında əlaqələrin gücləndirilməsi və sıx əməkdaşlığın qurulması sahəsində konkret təkliflər irəli sürüldü. Səmimi söhbət üçün məzunlara təşəkkür edən professor Hamlet İsaxanlı universitetlə məzunlar arasında işin sistemli şəkildə qurulmasının vacibliyini vurğuladı və öz konkret təklif və tövsiyələrini verdi.

“Xəzər”də 43-cü məzunluq mərasimi

2017-ci il oktyabrın 15-də Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Xəzər Universiteti məzunlarının 43-cü buraxılış (233 bakalavr, 62 magistr) mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim universitetin Kamera orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.

Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, gələcək işlərində onlara uğurlar arzuladı.

Qeyd olundu ki, 26 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla 3271 bakalavr, 685 magistr bitirmişdir. Onlardan 811 nəfəri fərqlənmə diplomu ilə bitirmişdir. Aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz özəl işlərini qururlar.

Mərasimdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Xəzər Universitetinin əvvəlki məzunlarının təbrik video-çarxları nümayiş etdirildi. Sonra təbrik üçün Xəzər Universitetinin ilk məzunları dəvət edildi. Keçmiş məzunlar adından Xəzər Universitetinin Hüquq fakültəsini bitirmiş, hazırda ADA Universitetinin dosenti olan Rəşad İbadov çıxış etdi.

Daha sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları rektor Hassan Niknafs, prorektorlar Məhəmməd Nuriyev, İsaxan İsaxanlı, İradə Xəlilova, fakültə dekanları, departament müdirləri və müəllimlər təqdim etdilər. Təqdimatdan sonra məzunların andiçmə mərasimi keçirildi, xatirə şəkilləri çəkildi.

Professor Hamlet İsaxanlı mərasimdə çıxış edərək, məzunlara yeni həyat yollarında uğurlar arzuladı. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.

Tədbir universitetin fakültə əməkdaşları və qızlardan ibarət rəs qrupunun konsert proqramı ilə davam etdirildi. Sonda mərasim universitetin müəllim və tələbələrdən ibarət xorunun möhtəşəm ifası ilə tamamlandı.


1996-1997-ci ilin məzunları ilə görüş keçirildi

2017-ci il mayın 15-də Xəzər Universitetini 1996-1997-ci illərdə bitirmiş məzunlarla universitetdə görüş keçirildi. Əvvəlcə, universitetin Məzunlarla İş Mərkəzinin müdiri Baba Bayramlı məzunları salamladı və görüşün məqsəd və gözləntiləri barədə iştirakçılara məlumat verdi.

Sonra universitetin rektoru Dr. Hassan Niknafs məzunlarla universitet arasında sıx qarşılıqlı əlaqələrin qurulmasının əhəmiyyətini vurğuladı və məzunlarla belə bir əməkdaşlığın uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi. Öz keçmiş tələbələri ilə yenidən görüşməkdən məmnun olduğunu bildirən professor Məhəmməd Nuriyev məzunları universitet həyatında fəal iştirak etməyə səslədi və onların öz uğurları barədə “Xəzər Xəbər” jurnalında silsilə yazılar dərc etdirməsinin tələbələr üçün çox maraqlı və faydalı ola biləcəyini qeyd etdi. Xəzər Universiteti Məzunlar Assosiasiyasının vitse-prezidenti Ramal Əhmədov qurumun fəaliyyəti barədə məlumat verdi və məzunları assosiasiyanın üzvləri sırasına qoşulmağa dəvət etdi. Məzunlardan “BP- Azərbaycan” şirkətinin maliyyə meneceri Azər Qasımov, “Paşa Holding”-in şöbə müdiri Mirbağır Mirbabayev, Macarıstan Ticarət Palatasının Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Anar Kərimov, “Marketsaz” şirkətinin icraçı direktoru Aydın Babayev, “Aristokrat” Turizm şirkətinin şöbə müdiri Murad Aslanov, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Namiq İbrahimov, ARPA İctimai Birliyinin Himayəçilər Şurasının sədri Rüfət Mahmud, “Barama K.M.” şirkətinin direktoru Yusif Hacıyev, “Bioworks” şirkətinin Xəzər regionu üzrə nümayəndəsi Yusif Məmmədli, “Nort West Construction” şirkətinin maliyyə müdiri Xalid Acalov, “SOLUS MMC” şirkətinin satış meneceri Kamran İsgəndərov, “Real MMC” şirkətinin meneceri Samir Nuriyev, “Azintellectservis” şirkətinin icraçı direktoru Kamran Behbudov, “Gəmi Qaya MMC” şirkətinin meneceri Eldar Lətifov və “GABEG Ltd” şirkətinin təsisçisi və direktoru Yaşar İsgəndərov çıxış edərək, görüşdən məmnunluq duyduqlarını və bu görüşlərin müntəzəm təşkilinin və Xəzər Universiteti ilə daha sıx əlaqələr qurmağın zəruri olduğunu söylədilər, həmçinin, öz fəaliyyətləri haqqında qısa məlumat verdilər.

Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, İngilis dili departamentinin müəllimi Firəngiz Nəsirova, Akademik Keyfiyyətin Təminat

mərkəzinin müdiri Lyudmila Sotova və İqtisadiyyat və menecment fakültəsinin dekani Ceyhun Məmmədov görüşdə iştirak etdilər.





İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün ustad dərsi

2017-ci il fevralın 25-də Xəzər Universitetinin Məzunlar Assosiasiyası və Məzunlarla İş Mərkəzi universitetin İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün “Bank risklərinin idarə olunması” mövzusunda ustad dərsi təşkil etdi. Məzunlarla İş Mərkəzinin müdiri Baba Bayramlı iştirakçıları salamladı və aktual mövzuda belə bir dərsin keçirilməsinin əhəmiyyətini vurğuladı. Tədbirin əvvəlində Məzunlar Assosiasiyasının prezidenti, “Bank of Baku” ASC İdarə Heyətinin sədri Eldar Həmidov assosiasiyanın devizi və loqosu barədə iştirakçılara məlumat verdi. Daha sonra isə Xəzər Universitetinin məzunları – “Dəmir Bank” ASC-nin şöbə müdiri Ramal Əhmədov və “Bank of Baku” ASC-nin əməkdaşı Nigar Cabbarova “Bank riskləri və onların idarə olunması” mövzusunda çıxış etdilər. İqtisadiyyat və menecment fakültəsinin müəllimi Elvin Mirzəyevin də fəal iştirak etdiyi dərs müzakirə şəraitində keçdi



İqtisadiyyat və menecment fakültəsinin məzunları ilə görüş keçirildi 

2016-cı il dekabrın 10-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsini 2016-cı ildə bitirmiş bakalavr məzunlarının bir qrupu ilə universitet rəhbərliyinin görüşü keçirildi. Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı məzunları salamladı və onları müzakirələrdə fəal olmağa çağırdı.

İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. İnqilab Əhmədov tələbələrə fakültənin magistr proqramları barədə ətraflı məlumat verdi və məzunlara təhsillərini Xəzər Universitetində davam etdirməyi tövsiyə etdi.

Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs və İdarəetmə və tələbə işləri üzrə prorektor Dr. İsaxan İsaxanlı məzunların Xəzər Universiteti haqqında fikirlərinin əhəmiyyətini vurğuladılar və bu barədə səmimi söhbət aparılmasının gələcək fəaliyyət üçün faydalı olacağını qeyd etdilər.

Daha sonra məzunlarla diskussiya şəkilində müzakrə aparıldı.



Tələbələr üçün master klass keçirildi

2016-cı il oktyabrın 31-də Xəzər Universitetinin Məzunlar Assosiasiyası və Xəzər Universitetinin Məzunlarla İş Mərkəzi magistr və 3-cü və 4-cü kurs bakalavr tələbələri üçün “Uğurlu karyeranın qurulması yolları” mövzususnda master klass keçirdi. Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı iştirakçıları salamladı və silsilə tədbirlər kimi keçirilməsi nəzərdə tutulan master klasların tələbələr üçün əhəmiyyətini vurğuladı. Məzunlar Assosiasiyasının prezidenti, “Bank of Baku” ASC İdarə Heyətinin sədr müavini Eldar Həmidov özünün karyera təcrübəsi barədə danışdı və tələbələrə faydalı tövsiyələr verdi.

Xəzər Universitetinin məzunu Laura Həmidovanın rəhbərlik etdiyi “FireWorks” şirkətinin əməkdaşları “Uğurlu karyeranın qurulması yolları” mövzusunda geniş təqdimat keçirdilər.İnteraktiv şəraitdə keçən təqdimatda yerli və xarici tələbələr fəal iştirak edirdilər.




Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi

2016-cı il iyunun 4-də Xəzər Universitetinin “Mərmər” zalında Xəzər Universitetinin Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi. Məzunlarla iş şöbəsinin müdiri, Təşkilat Komitəsinin sədri Baba Bayramlı konfransı giriş sözü ilə açaraq, assosiasiyanın yaradılması ilə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verdi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfrans iştirakçılarını salamladı, assosiasiyanın məqsəd və fəaliyyətləri barədə öz mülahizələrini söylədi və məzunlara assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzuladı. Baba Bayramlı Məzunlar Assosiasiyasının Əsasnaməsini, onun köməkçisi Vəzifə Kərimzadə isə Facebook səhifəsi barədə təqdimat etdikdən sonra, Assosiasianın struktur bölmələrinin yaradılması ilə bağlı müzakirə aparıldı və seçkilər keçirildi. Universitetin məzunu, “Bank of Baku”-nun sədr müavini Eldar Həmidov açıq səsvermə yolu ilə Assosiasiya Şurasının prezidenti seçildi. Assosiasiya Şurasının və İcra Komitəsinin üzvləri də seçildikdən sonra konfrans öz işini başa çatdırdı.



Məzunlarından ibarət işçi qrula görüş

2016-cı il yanvarın 23-də Xəzər Universitetinin məzunlarından ibarət işçi qrupu ilə universitet rəhbərliyinin görüşü keçirildi. Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı görüşü açaraq iştirakçılara işçi qrupun yaradılmasının məqsədləri barədə qısa məlumat verdi.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məzunları səmimi salamladı və Məzunlar Assosiasiyasının yaradılmasının həm məzunlar, həm də  Xəzər Universiteti üçün faydalı nəticələr verəcəyinə inandığını bildirdi. O, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacib olduğunu xüsusi vurğuladı.

İşçi qrupun üzvlərindən “Bank of Baku”nun sədr müavini Eldar Həmidov, “Yarat” İncəsənət Mərkəzinin Əlaqələr üzrə meneceri Hökumə Kərimova, “Nar Mobile” şirkətinin Bazarın Tədqiqi üzrə meneceri Səlbin Ələkbərova, ADA Universitetinin müəllimi Dr. Rəşad İbadov,  “Əmrahbank”ın sədrinin müşaviri Namiq Kərimov, Bakı Hüquq Mərkəzinin məsləhətçisi Mətin Əsgər, SOCAR-ın İnsan Resursları departamentinin əməkdaşı Nigar Kərimova, Xarici İşlər Nazirliyinin nümayəndəsi Elmar Bağırov və Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs çıxış edərək, işçi qrupun fəaliyyəti, Məzunlar Assosiasiyasının yaradılması mexanizmi və fəaliyyət istiqamətləri ilə bağlı konkret təkliflər irəli sürdülər.

Müzakirələrə yekun vuran professor Hamlet İsaxanlı irəli sürülən təkliflərə öz münasibətini bildirdi və qarşıda duran vəzifələrlə bağlı işçi qrupa tövsiyələrini verdi.



Xəzər Universiteti məzunları ilə görüş

2015-ci il  dekabrın 26-da Xəzər Universitetinin “Mərmər” zalında universiteti müxtəlif illərdə bitirmiş məzunların bir qrupu ilə görüş keçirildi. Xəzər Universitetinin kamera orkestrinin ifasında səslənən maraqlı müsiqi proqramının ardınca görüşün rəsmi açılışı oldu. Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı görüş iştirakçılarını səmimi salamladı və onlara bugünkü görüşün məqsəd və gözləntiləri barədə məlumat verdi. Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs öz çıxışında məzunları Xəzər Universitetində görməkdən məmnun olduğunu bildirdi və onların təhsil aldıqları universitetlə əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşdü. Baba Bayramlı Xəzər Universitetinin keçdiyi inkişaf yolu haqqında qısa məlumat verdikdən sonra sözü məzunlara verdi. “BP Azərbaycan” Şirkətinin Hüquq şöbəsinin müşaviri Pərviz Təhməzov, “Bank of Baku”nun sədr müavini Eldar Həmidov, “Nar Mobile” Şirkətinin Bazarın tədqiqi üzrə meneceri Selbin Ələkbərova, Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, ADA Universitetinin müəllimi Rəşad İbadov, “Yarat” İncəsənət Mərkəzinin Əlaqələr üzrə rəhbəri Hökumə Kərimova və “Dəmirbank”ın Korporativ müştərilər üzrə meneceri Ramal Əhmədov çıxış edərək, məzunlarla Xəzər Universiteti arasında sistemli əlaqələrin qurulması yolları və bu məqsədlə yaradılması nəzərdə tutulan Xəzər Universitetinin Məzunlar Assosiasiyasının vəzifələri və fəaliyyət istiqamətləri ilə bağlı konkret təkliflər irəli sürdülər.

Görüş daha sonra çay süfrəsi ətrafında davam etdirildi.