MƏZUNLAR

Əziz məzunlar!

Sizinlə bağlı səhifəmizə xoş gəlmisiniz. Bu səhifəni yaradarkən, sizinlə Xəzər Universiteti arasında mövcud olan bağları möhkəmləndirmək, qazandığınız uğurlar barədə Xəzər Universitetinin tələbə və müəllim kollektivini, eləcə də universitetimizlə maraqlanan hər kəsi daha dərindən məlumatlandırmaq, əldə etdiyiniz nailiyyətlərin sevincini sizinlə birgə yaşamaq kimi məqsədləri qarşımıza qoymuşuq. Artıq məzunların Xəzər Universiteti ilə əməkdaşlığını gücləndirmək məqsədilə bir sıra addımlar atılmışdır. Universitet məzunlarının bir qrupunun təşəbbüsü ilə 2016-cı ilin iyun ayında Xəzər Universitetinin Məzunlar Assosoasiyası təsis olunmuş, məzunların universitetlə əməkdaşlığını nəzərdə tutan tədbirlər planı işlənib hazırlanmışdır. 

 



Ümid edirik ki, siz həm bu təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, həm də universitetlə birbaşa əlaqələr qurmaqla, Xəzər Universiteti ilə məzunların sıx əlaqələrinin təmin edilməsinə öz töhfənizi verəcəksiniz. Biz sizin hər birinizi universitetdə yenidən görməyə, irəli sürəcəyiniz faydalı təşəbbüslərə dəstək verməyə şad olarıq. Unutmayın ki, sizin hər uğurunuzu öz uğurumuz hesab edir, sizinlə qürur duyuruq.

Hörmətlə,

Xəzər Universitetinin Məzunlarla İş Mərkəzi