Lee
Youn Hong
Magistr tələbə
Azərbaycan dili və ədəbiyyatı departamenti
Mənim adım Lee Youn Hongdur. Xəzər Universitetində
Azərbaycan dilini öyrənirəm. Hal-hazırda xanımım və 3 yaşlı
qızımla burada yaşayıram. Təhsilimi başa çatdırandan sonra
Koreya Azərbaycan dilləri üzrə tərcuməçi işləmək istəyirəm
|
Dina
El Sharkawy
Misir
Bakalavr tələbəsi
Siyasi elmlər və beynəlxalq münasibətlər departamenti
Xəzər Universitetində təhsil almaq mənim üçün olduqca xoşdur.
Xəzər Universitetinin dünya standartlarına cavab verən
təhsil sistemi məni məmnun edir. Mən həmçinin Xzəzər
Univeristetindəki mühiti çox bəyənirəm. Müəllimlərim, tələbə
yoldaşlarım, inzibati işçilərlə münasibətlər çox səmimi və
ürək açandır. Əminəm ki, araşdırmalar aparmağa, müxtəlif
tədbirlərdə iştirak etməyə şərait yaradan Universitet mənə
beynəlxalq, regional, yerli və digər problemlər barəsində
düşünməyi və onları həll etməyi öyrədir. Bu mənə və mənim
yoldaşlarıma cəmiyyətimizə layiqli xidmət etmək kimi
arzumuza çatmaqda dəstək olur.
|
Abigail
Ellen Wendle
Florida, ABŞ
Mübadilə edilmiş tələbə
Siyasi elmlər və beynəlxalq münasibətlər departamenti
Xəzər Universitetində oxumaq həmişə maraqlıdır. Universitet
gəncdir və bu gənclik özü ilə yeniliyə, yaratmağa böyük ehtiyac
və həvəs gətirir.
Sinif otaqları təkcə kitab oxumaq, professorları dinləmək
yeri yox, həm də canlı debat meydanıdır. Xəzər
Universitetində özünü həmişə dostların arasında hiss edirsən.
|
Denise
Domingos
Anqola
Bakalavr tələbəsi
İqtisadiyyat və menecment fakültəsi
Xəzər Universitetinin tələbələri dünyanın müxtəlif
yerlərindən gəliblər. Fərqli mənşəyə, dilə, mədəniyyətə
mənsub olan tələbələri burada bir arzu birləşdirir: Xəzər
Univerisitetinin dünyanın hər bir yerində tanınan Diplomunu
almaq!
Bundan əlavə Xəzər Universiteti bizə haradan gəlməyimizi,
necə yaşamağımızı, və ən başlıcası kim olmağımızı göstərmək
imkanı yaradır.
|
JJayesh
Bhurke
Hindistan
Magistr tələbə
Neft mühəndisliyi departamenti
Bütün gözəl sözləri Xəzər Universiteti haqqında demək olar.
|
Nick
(Ifeanyichukwu) Nwolisa
Nigeriya
Tibb fakültəsi
Xəzər sözü Xəzər Dənizinin adından götürülmüşdü. Xəzər Dənizi
kimi bu Universitet də digər universitetlər arasında
özünəməxsusluğu ilə seçilir. Universitet hərəkətdə olan qatara
bənzəyir. Heş kim kənarda qalmır. Hər kəsi münasib, rahat,
intellektual səviyyənin artırılması üçün təmiz təhsil abi-havası
olan bu qatar uzaqlara aparır.
Xəzər Univeristeti bütün sahələrdə ən yüksək bal toplayib.
Tələbələrə təhsil vermək üsulu heç nə ilə müqayisə oluna bilməz.
Xüsusi yolla bu balaca varlıq (Xəzər Universiteti) müxtəlif
coğrafi, irqi, dini (xüsusilə), milli cəhətdən fərqli insanları
bir yerə toplayıb, onları doğmalaşdırıb. Tələbələr bir-birinə
“qardaş” deyə müraciət edirlər. Xəzər ən yaxşı Universitetdir.
|
Rune
Kr. Ellingsen
Norveç
Magistr tələbə
Siyasi elmlər və beynəlxalq münasibətlər departamenti
Xəzərdə ən çox xoşuma gələn iki amil var: birinci – beynəlxalq
təhsil mühiti: burada müəllimlər və tələbələr müxtəlif
ölkələrdən gəliblər. İkincisi isə tələbənin həmişə mərkəzdə
olmasıdır. Xəzər Universitetinin tələbələrə diqqətlə yanaşması,
onlara yüksək səviyyədə xidmət göstərməsi Universitet
əməkdaşlarının yüksək peşəkarlığından və akademik
qabiliyyətindən xəbər verir.
|
Muhammad
Salman
Pakistan
Bakalavr Tələbəsi
Neft mühəndisliyi departamenti
Lap qədim zamandan Azərbaycan neft ölkəsi kimi tanınmış və
“Odlar yurdu”
adlandırılmışdı. Neft mühəndisliyi sahəsində təhsil almaq
istəyilə Azərbaycana gəldim və Xəzər Univerisitetinə daxil
oldum. Universitetin tələbələr və sənaye arasında qurduğu
sıx əlaqələr olduqca təqdirə layiqdir. Sənaye müəssisələri
ilə əməkdaşlıq biliklərimizi zənginləşdirməyə və peşəkar
neftçi kimi yetişməyimizə kömək edir.
|
Harun
Yilmaz
Türkiyə
Müəllim
Siyasi elmlər və beynəlxalq münasibətlər departamenti
Xəzər Universiteti Azərbaycanda yerləşən nüfuzlu bir
Universitetdir. O Azərbaycanda sivil gələcəyəin yaradılmasında,
sivil cəmiyyətin qurulmasında və gələcək on illiklərin azad
nəslinin yetişməsində mühüm rol oynayır.
|