|
|
Aytən Şadlinskaya
Mərkəzin
direktoru
|
Mərkəz oxunmağa, işləməyə və yaxud başqa
məqsədlərlə Xəzərə
gələnlərə daima xidmət göstərir. Xidmətlərə
-
viza işləri
-
qonaqların qarşılanması
-
mənzillərlə təchiz etmə
-
şəxsi, maliyyə, hüquqi, səhiyyə, mədəniyyət və digər məsələlərlə
bağlı söhbətlərin aparılması.
-
görüşlərin, o cümlədən əcnəbilər və onların ailələri üçün
proqram və müxtəlif fəaliyyətlərin təşkili
-
əsaslı səbəbdən onların təhsil vizalarının uzadılması
-
şəhərlə tanışlıq
və digər gözlənilməz işlər daxildir.
Mərkəz bazar ertəsindən şənbə gününə kimi saat 9:00-dan 18:00-a kimi
işləyir. Mərkəzin işçi heyəti xüsusi hallarda bazar və bayram
günləri də işdə olurlar. Mərkəz əcnəbi tələbələrin Azərbaycanda
rahat və maraqlı yaşamaları üçün mümkün olan hər bir işi görürlər.
Əlaqə yaratmaq üçün:
ashadlinskaya@khazar.org
 |
Xəzər Universitetinin əcnəbi tələbələri rektor Prof. Hamlet
İsaxanlı, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini
Elmar Qasımov, Nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin
müdiri Mahir Əliyevlə birgə
|
Qəbul məktubu almış əcnəbilər üçün bir neçə faydalı məsləhət:
Ölkəyə gəlməzdən əvvəl sizə göndərilən kitabça Azərbaycanda maliyyə
çətinlikləri ilə üzləşməməyiniz üçün faydalı məsləhətlər verir.
Əgər siz maliyyə problemləri ilə rastlaşsanız Universitet sizə
yardım edə bilməyəcəkdir. Yardım üçün Universitetin heç bir fondu
yoxdur. Bu səbəbdən də buraya gələrkən özünüzlə gətirdiyiniz pulun
sizi darda qoymayacağına əmin olun.
Təhsil və ev kirayəsindən başqa siz digər xərclərdən də xəbərdar
olmalısınız. Sizin üçün işlənmiş kitabça bu işdə ən yaxşı
köməkçinizdir.
|