Zulfiyye Sadiqova



MUSİQİ VƏ İNCƏSƏNƏT DEPARTAMENTİNİN PROFESSOR-MÜƏLLİM VƏ İŞÇİ HEYƏTİ AŞAĞIDAKI ÜZVLƏRDƏN İBARƏTDİR







Zulfiyya-Sadigova 

Sadıqova Zülfiyyə Şükür qızı Bakı şəhərində anadan olmuşdur.  1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə, 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirmişdir.Zülfiyyə Sadıqova 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuş, 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə, 1997-ci ildə görkəmli  tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının  Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla, 2002-ci ildə Qırğızıstan Respublikasında keçirilən “İssık-Çöl ulduzları” gənclər arası Beynəlxalq klassik festivalının xüsusi diplomu ilə, eləcə də 2008-ci ildə Qırğızıstan Respublikasının Bişkek şəhərində Ümumilli liderimiz Heydər Əliyevin 80 illik, akademik Mir Cəlal Paşayevin 100 illik yubleyində fəaliyyət və ifasına görə Qırğızıstan Respublikasında Heydər Əliyev Fondu tərəfindən  Fəxri Fərmanla təltif olunmuşdur. 2011-ci ilin may ayında Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uğurlu pedaqoji fəaliyyətinə görə Xəzər Universitetinin rəhbəliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestirinin müşayəti ilə, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan dövlət Filarmoniyasının Xalq Çalğı Alətlərini orkestrinin müşayəti ilə bir neçə solo konsertlərdə çıxış etmişdir. Azərbaycan Dövlət Teleradio Verlişləri Şirkətinin Niyazi adına Simfonik orkestri, eləcə də Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayəti ilə solo konsertlərdə dəfələrlə iştirak etmiş və lentə alınmışdır.1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir.1996-cı ildə görkəmli pianoçu Fəridə Quliyevanın 70 illik yubileyinə həsr olunmuş gecədə Azərbaycan Xalq artisti prof. Rauf Abdullayevin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və balet teatrının simfonik orkestrinin müşayəti ilə çıxış etmişdir.2004  ildə Azərbaycandakı Almaniya səfirliyinin təşəbbüsü ilə  Alman mədəniyyət mərkəzində solo konserti keçirilmişdir.2002-ci ildə Mədəniyyət Nazirliyinin təşkil etdiyi böyük bəstəkarımız Fikrət Əmirovun yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət filarmoniyasının Xalq Çalğı alətlərinin müşayəti ilə solo ifa etmişdir.2008-ci ildə dekabr ayının 26-da Müslüm Maqomayev adına Azərbaycan dövlət filarmoniyasında Azərbaycanın Xalq artisti prof. Rauf Abdullayevin rəhbərliyi altında Ü. Hacşbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayəti ilə solo konsertlə çıxış etmiş, eyni  zamanda CD albomun təqdimatı keçirilmişdir.Zülfiyyə Sadıqova 1991-ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində Qazaxıstan Dövlət konservatoriyasının kamera zalında solo konsertlə çıxış etmişdir.1997-ci ildə rəsmi nümayəndə heyəti ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin Moskva şəhərində keçirilən yubiley gecəsində iştirak etmiş, həmin ildə Böyük Britaniya və Şimali İrlandiya krallığının paytaxtı olan London şəhərində görkəmli bəstəkar Tofiq Quliyevin yubiley gecəsində iştirak etmişdir.1998-ci ildə  London şəhərində Azərbaycan Mədəniyyəti günlərində bir sıra konsertlərdə çıxış etmişdir.2001-ci ildə Norveçin Stovanger  şəhərində, 2002-ci ildə Norveçin  Bogen şəhərində Beynəlxalq festivalda iştirak etmişdir.2003-cü ildə İran İslam Respublikasının Tehran, Təbriz, Kirvanşah şəhərlərində konsertlərlə çıxış etmişdir.2004-cü ildə Moskva şəhərində Heydər Əliyevə həsr olunmuş gecədə SSRİ xalq artisti Murat    Kajlayevin rəhbərliyi ilə S.Raxmaninov  adına konsert salonunda çıxış etmişdir.2006-cı ildə Gürcüstan Respublikasının Tibilisi şəhərində Azərbaycan respublikasının müstəqilliyinə həsr olunmuş gecədə iştirak etmişdir.2007-ci ildə Tibilisi şəhərində Azərbaycan Respublikasının Səfirliyi tərəfindən solo konserti keçirilmişdir.2008-ci ildə Dağıstan respublikasının Mahaçqala şəhərində “Bakı gecələri” adlı konsertdə çıxış etmişdir.2008-ci ildə Qırğızıstan Respulikasının Bişlkek şəhərində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş H. Əliyevin 80, akademik Mir Cəlal Paşayevin 100 illik yubiley gecəsində  çıxış etmişdir.2008-ci ilin noyabr ayında Rusiyanın Yekaterinburq şəhərində beynəlxalq festivalda iştirak etmişdir.2009-cu ildə Dağıstan Respublkasının Mahaçqala şəhərindəMurad  Kojlayev adına  musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festivalda solo konsertlə çıxış etmişdir.2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış etmişdir.2013-cü ilin may ayının 9-da Fransada solo konsertlə çıxış etmişdir.2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.2014-cü ilin noyabr ayının 17-21 tarixlərində Türkiyənin Ankara şəhərində Haccetepe Universitetinin konservatoriyasında solo proqramla çıxış etmişdir.2015-cü ilin mart ayının 12-17 Türkiyənin Qəhrəmanmaraş və Kayseri şəhərlərində solo proqramla çıxış etmişdir.



Film about Khazar University