Necə müraciət etməliyeni

Bu səhifə qəbul tələbləri, seçim prosesi, seçim cədvəli, təqaüd imkanı və digər vacib məlumatları vermək üçün nəzərdə tutulub.

Sizə uyğun olan proqramı seçin

Xəzər Universiteti beynəlxalq tələbələrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil proqramları təklif edir. 2018-2019-cu tədris ili üçün təklif olunan proqramların siyahısını görmək və proqramınızı seçmək üçün uyğun Ərizə formasını yükləyin və ya Beynəlxalq Proqramlar linkinə klik edin.

Təqaüd İmkanları

Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramı heç bir məhdudiyyət olmadan bütün ölkələrin vətəndaşlarına açıqdır və bakalavr, magistratura və doktorantura səviyyələrini əhatə edir. Təqaüd haqqında ətraflı məlumat almaq üçün bura klik edin.


Ərizə Formalarını yükləyin:

Ümumi qəbul və KUISP üçün ərizə formaları

Bachelor Application for Admission 2018

Master Application for Admission 2018

PhD Application for Admission 2018

Scholarship Application Form 2018-2019


Qəbul cədvəli, seçim prosesi və müraciət tarixi

Son müraciət tarixi 17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Bazar, 15 Aprel, 2018-ci ildir.

Xəzər Universitetində seçim prosesi üç (3) mərhələdən: ərizələrə ilkin baxış, onların nəzərdən keçirilməsi və yarı finalçıların müsahibəsindən ibarətdir.


Tarix

Fəaliyyət 

Dekabr, 2017

Qəbul açılır

17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Bazar, 15 Aprel, 2018-ci il

Qəbul üçün son tarix

Aprel – May, 2018

Seçim prosesi

İyunun ortası, 2018

Nəticələr haqqında bildiriş

İyul – Avqust, 2018

Vizaya müraciət / Tələbə vizalarının əldə olunması

10 Sentyabr, 2018

Tələbələrin ölkəyə daxil olması üçün son gün


Ərizənizi təqdim edin

Ərizələr digər tələb olunan sənədlərlə birlikdə birbaşa Beynəlxalq Əlaqələr Ofisinə təqdim olunur və elektron şəkildə international@khazar.org ünvanına və ya poçt vasitəsilə göndərilə bilər. Ərizə formasını təqdim etməmişdən əvvəl seçdiyiniz təhsil səviyyəsi üzrə tələblər siyahısını nəzərdən keçirin.Tamamlanmamış və gecikən ərizələr nəzərə alınmayacaq.


VACİB MƏLUMAT: Başqa dildə olan bütün sənədlər rəsmi tərcümə xidməti və ya universitetiniz tərəfindən ingilis dilinə tərcümə olunmalıdır.

Qəbul tələbləri

Bakalavr Qəbul Tələbləri

  • Bakalavr Ərizə Forması (yükləmək üçün klik edin)
  • Orta məktəb şəhadətnaməsi
  • Qiymət cədvəli
  • Niyyət məktubu
  • Tərcüməyi hal (CV)
  • Tibbi arayış
  • Beynəlxalq pasportun surəti

Əlavə:

  • İngilis dili sertifikatı (TOEFL/IELTS sertifikatları etibarlılığını itirdiyi halda, qəbul olunmayacaq)
  • Dərsdənkənar  məşğuliyyətləri göstərən sertifikatlar

Magistratura Qəbul Tələbləri

  • Magistratura Ərizə Forması (yükləmək üçün klik edin)
  • Bakalavr Diplomu
  • Qiymət cədvəli
  • Niyyət məktubu
  • Tərcümeyi hal (CV)
  • Tibbi arayış
  • Beynəlxalq pasportun surəti
  • Iki tövsiyyə məktubu

Əlavə:

  • İngilis dili sertifikatı (TOEFL/IELTS sertifikatları etibarlılığını itirdiyi halda, qəbul olunmayacaq)

Doktorantura Qəbul Tələbləri

  • Doktorantura Ərizə Forması (yükləmək üçün klik edin)
  • Magistr Diplomu
  • Qiymət cədvəli
  • Aparmaq istədiyiniz tədqiqat haqqında qısa məlumat
  • Nəşr olunmuş məqalələrin siyahısı
  • Iki tövsiyyə məktubu
  • Beynəlxalq pasportun surəti
  • Tibbi arayış
  • Tərcümeyi hal (CV)
  • İngilis dilində yaxşı oxumaq və yazmaq bacarıqları. Standartlaşdırılmış ingilis dili sertifikatları məcburi deyil. Buna baxmayaraq, etibarlılıq müddəti keçməyən bu sertifikatların (TOEFL/IELTS) olması üstünlükdür. 
Film about Khazar University